Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




Xəzər Neft və Qaz”: YENİ İNKİŞAF MƏRHƏLƏSİ

1 iyun tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və  Xəzəryanı regionun neft sektorunun ən böyük hadisəsi olan 17-ci Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Beynəlxalq Sərgi və Konfransı öz işinə başladı. Rəsmi açılış mərasimində ölkə rəhbərinin şəxsən iştirak etməsi isə bu sərginin yüksək statusunu bir daha təsdiq edir.

“Xəzər Neft və Qaz 2010” sərgisinin açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti tədbir iştirakçılarına müraciət edərək qeyd etdi: “Hal-hazırda, Azərbaycan iqtisadiyyatı yüksək templərlə inkişaf etməkdə davam edir. Biz mövcud olan bütün imkanlardan istifadə etməklə gələcəyə baxmalıyıq. Təkcə neft və qaz sənayesi deyil, eləcə də turizm, mehmanxana biznesi inkişaf edir, yeni sərgi salonları inşa olunur. Misal üçün, bu il biz sərgini möhtəşəm bir sərgi zalında keçiririk. Bu isə Azərbaycana daha çox xarici sərmayələrin cəlb olunmasına xidmət göstərəcək və bununla da Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsinə, iş yerlərinin çoxalmasına və xalqın rifahının yüksəlməsinə yardım edəcəkdir. Mən, bir daha Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Beynəlxalq Sərgi və Konfransının açılışı münasibəti ilə hamını təbrik edir və uzun illər ərzində artıq bir ənənəyə çevrilmiş möhtəşəm, beynəlxalq səviyyəli tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirmək istəyirəm. Mən əminəm ki, bu ənənə bundan sonra da davam edəcək. Sərgi və konfransa uğurlar arzu edirəm”.

Öz salamlama nitqləri ilə həmçinin Böyük Britaniyanın Fövqəladə və Səlahiyyətli səfiri xanım Karolin Braun, Gürcüstanın energetika nazirinin birinci müavini xanım Mariam Valişvili, Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri cənab Məhəmməd bin Daen Əlhəmli, Türkiyə Energetika və Təbii Resurslar nazirinin müavini cənab Yusuf Yazar, ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə diplomatik nümayəndəsi cənab Riçard Morninqstar və Norveç Krallığı Xarici İşlər Nazirliyinin Xəzər Regionu və Orta Asiyada energetika məsələləri üzrə xüsusi müşaviri xanım Elizabet Valaas sərgi və konfrans iştirakçılarının ünvanına müraciət etdilər.

Sərginin açılışı “ITE Group PLC” şirkətinin müşaviri ser Endrü Vudun çıxışı ilə başladı. Cənab Vud təşkilatçılar adından mərasimin bütün qonaqlarını salamlayaraq “Xəzər Neft və Qaz” sərgisinin yeni kompleksdə keçirilməsinin vacibliyini vurğuladı. Cənab Vud həmçinin Azərbaycan Respublikasının Prezidentinə Xəzər regionun ən böyük hadisəsi olan “Xəzər Neft və Qaz” sərgi və konfransına göstərilən diqqət və dəstəyə görə xüsusi minnətdarlığını bildirdi.

Tədbirin açılış mərasimində xanım Braun da öz növbəsində çıxış edərək bu yaxınlarda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə seçilmiş Devid Kameronun salamlama məktubunu oxudu: “ Artıq sayca 17-ci olan “Xəzər Neft və Qaz” sərgisinin açılışı münasibəti ilə cənab Prezidenti və Azərbaycan xalqını təbrik edirəm. Böyük Britaniya Azərbaycan ilə dostluğundan qürur hissi duyur. Mən əminəm ki, Azərbaycan və Böyük Britaniya öz münasibətlərini hələ uzun illər davam etdirəcəklər. Hamıya “Xəzər Neft və Qaz” sərgi və konfransında uğurlu fəaliyyət arzu edirəm”.

Xanım Valiaşvili respublika  rəhbərliyinə və Azərbaycan Sənaye və Energetika Nazirliyinə onu dəvət etdiklərinə görə və göstərilən qonaqpərvərlik üçün öz xüsusi minnətdarlığını bildirərək Gürcüstan Respublikasının Prezidenti Mixail Saakaşvilinin salamlama məktubunu oxudu: “Gürcüstan Respublikasının prezidenti cənab Mixail Saakaşvilinin adından bütün tədbir iştirakçılarını salamlayıram. Salamlama məktubunda deyilir ki: Azərbaycan və Gürcüstan strateji tərəfdaşlar sayılırlar. Biz bir neçə iri layihələrin həyata keçirilməsində birgə uğura imza atmışıq. İcazənizlə, sizə konfransda maraqlı diskussiyalar və gələcəkdə uğurlu işgüzar əlaqələr arzu edirəm”.

Cənab Əlhamlı öz çıxışında dünyada neftin qiymətləri və bu qiymətlərin stabil səviyyədə qorunub saxlanılması mövzusuna toxunmaqla yanaşı, həmçinin Birləşmiş Ərəb Əmirlikləri və bütün dünyada neft sənayesinin inkişafına dair rəqəmləri də tədbirə toplaşanların diqqətinə çatdırdı.

Cənab Yazar öz məruzəsində bəyan etdi ki, onun ölkəsi Azərbaycan tərəfindən Cənubi Qafqaz regionunda həyata keçirilən bütün enerji layihələrini dəstəkləyir. O, iki ölkə arasında mövcud olan tərəfdaşlığın vacibliyini vurğuladı və hamıya sərgi və konfransın işində uğurlar arzu etdi.

Açılış mərasimində çıxış edən cənab Morninqstar isə bildirdi ki, bu tədbirin yeni sərgi kompleksində keçirilməsi respublika rəhbərliyinin yürütdüyü iqtisadi siyasətin uğurlu rəmzidir. O, qeyd etdi ki, ABŞ regionun neft və qaz layihələrindəki iştirakından məmnundur. Cənab Morninqstar ABŞ Dövlət Katibi Hillari Klintonun salamlama məktubunu da oxudu: “Azərbaycan dünya bazarı üçün enerji resurslarının mühüm və etibarlı təchizatçısı kimi inkişaf edir. Azərbaycan enerji resurslarının bundan sonra da işlənməsində ABŞ-ı özü üçün etibarlı tərəfdaş hesab edə bilər. ABŞ bu mühüm layihələrin həyata keçirilməsində özünün tərəfdaş rolu ilə fəxr edir. Biz ümid edirik ki, Azərbaycan qazın Avropa bazarına çatdırılması üçün nəzərdə tutulmuş “Cənub dəhlizi” layihəsinin gerçəkləşdirilməsində lider mövqeyini qoruyub saxlayacaq”. Öz çıxışının sonunda cənab Morninqstar hamıya uğurlar arzuladı.

Norveç Krallığının Xarici İşlər naziri Conas Qaxr Storun adından çıxış edən xanım Valaas Norveçin Azərbaycan ilə 20 il ərzində əməkdaşlıq etdiyini və Azərbaycan iqtisadiyyatına qoyulmuş sərmayələrin məbləğinə görə ikinci yeri tutduğunu qeyd etdi. Norveç Krallığının Xarici İşlər nazirinin məktubunda bu sözlər var idi: “Mən əminəm ki, bizim tərəfdaş münasibətlərimiz daha möhkəm və dərin olacaq”.

Açılış mərasiminin rəsmi hissəsi sona çatdıqdan sonra, cənab Prezident sərgi üzrə gəzintiyə çıxaraq ekspozisiyalar ilə yaxından tanış oldu. Bu sərgi hər il daha geniş və daha müxtəlif olur. Bu il “Xəzər Neft və Qaz” sərgisi dünyanın 26 ölkəsindən 280 şirkəti bir araya gətirdi ki, bu da ötən il ilə müqayisədə ekspozisiya sahəsinin 15% genişlənməsi deməkdir. Sərgi sahəsinin 40%-dən çox hissəsi dünya şöhrətli şirkətlər tərəfindən tutulmuşdur. Həmin şirkətlərdən bir çoxu “Xəzər Neft və Qaz” sərgisinin daimi iştirakçıları sayılırlar. Onların arasında “BP”, “Itochu”, “OMV Gas International GmbH”, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “Statoil”, “Total”, “TPAO” və bir çox digər şirkətlər var. İştirakçılar arasında həmçinin Böyük Britaniya, Çin və Rusiyanın mili qrupları da var. Bu il sərgidə ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərinin milli stendi iştirak edir.

Elə ilk gündən başlayaraq sərgi neft və qazın hasilatı və nəqli üzrə yeni layihələrin nümayişi üçün bir meydançaya çevrildi. Məsələn, “Statoil” şirkətinin stendində Skandinaviya platformasında yeni yataqların işlənməsi mövzusuna dair 3D formatında seminar keçirildi. Bununla yanaşı, Azərbaycan Respublikasında 2010-cu ilin “Ekologiya İli” elan edilməsi ilə əlaqədar olaraq alternativ enerji üzrə maraqlı layihələrin də təqdimat mərasimləri keçirildi. Ziyarətçilər sərgi kompleksinin açıq meydançasında rəqs qruplarının iştirakı ilə keçirilən maraqlı şouya tamaşa etmək imkanı qazandılar.

Sərginin birinci günü ziyarətçilərin sayı xüsusilə sevindirici bir fakt oldu. Bu işdə isə saysız-hesabsız ziyarətçiləri sərginin keçirildiyi məkana – “Bakı Ekspo Mərkəzi” kompleksinə təmənnasız çatdıran avtobusların təşkil edilməsi böyük rol oynadı.

17 il ərzində mövcud olan “Xəzər Neft və Qaz” sərgisi  müəyyən inkişaf mərhələlərini keçmiş və bununla yanaşı, öz ənənələrini və geniş miqyasını qoruyub saxlaya bilmişdir. Lakin, bu il sərgi üçün xüsusilə əlamətdar bir il oldu. Belə ki,  “Xəzər Neft və Qaz 2010” sərgisinin ən vacib hadisəsi, onun yeni “Bakı Ekspo Mərkəzi” Sərgi və Konfrans Kompleksində keçirilməsi oldu. Sərgidən bir qədər öncə “Baku Expo Centre” binasının rəsmi açılış mərasimi baş tutdu. Ölkə başçısı rəmzi lenti kəsdi və sərgi mərkəzinin bütün beynəlxalq standartlara cavab verən binası ilə yaxından tanış oldu. Bakı Sərgi Mərkəzinin ümumi ərazisi 9 hektar, nümayiş sahəsi isə 12.800 kvadrat metr təşkil edir. Mərkəzi binanın ümumi sahəsi 36.163 kvadrat metrdir. Kompleksdə ofislər, informasiya və mətbuat bölmələri, toplantı zalı, köməkçi və texniki otaqlar, habelə sərgi zallarına və restorana aparan keçidlər fəaliyyət göstərir. Sərgi mərkəzi zəruri mühəndis tikililəri və sistemlər ilə təchiz edilib. Sərgi ərazisində Yaponiya şirkətinin istehsalı olan, fırlanan “media-qüllə” quraşdırılıb. Qüllənin ümumi hündürlüyü 37 metrdir.

Sərgi çərçivəsində neft və qaz sektorunun geniş nümayəndə auditoriyası üçün aktual olan işgüzar proqram işlənib hazırlanmışdır. Belə ki, 2 iyun tarixində “Hyatt Regency” mehmanxanasının konfrans mərkəzində ənənəvi 17-ci Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Beynəlxalq Konfransı öz işinə başlayacaq. Sərgi və konfrans Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilir.

“Xəzər Neft və Qaz” sərgisi öz işini 4 iyun tarixinə qədər davam etdirəcək.



Baş xəbərlər
PLATİN SPONSOR
QIZIL SPONSOR
SPONSORLAR





















































KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  18/01/2019 19/01/2019
USD 1.7000 1.7000
EUR 1.9799 1.9799
GBP 2.2243 2.2243
RUR 0.0259 0.0259
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek