Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия



Sərgi xəbərləri

25.06.2010 11:19
“Caspian Oil and Gas”: YENİ İNKİŞAF MƏRHƏLƏSİ...

01.06.2010 05:45
17-ci Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası...

press_releases 0
Ənənəvi “Caspian Oil & Gas” – Xəzər Neft,...

Sözügedən razılıq hər iki şirkətin son üç il ərzində məhsuldar əməkdaşlıq etməsi nəticəsində yarandı. İlk dəfə “Azerfon” şirkəti 2007-ci ildə keçirilən “BakuTel” Azərbaycan Beynəlxalq Sərgi və Konfransında iştirak edərək öz “NarMobile” ticarət markasını təqdim etdi. 2008-ci ildə isə “Azerfon” “BakuTel” sərgisinin baş sponsoru qismində çıxış etdi. Ötən il, “BakuTel” sərgisinin iştirakçıları və ziyarətçiləri sərgi çərçivəsində yeni “Azerfon-Vodafone” ticarət markasının təqdimat mərasiminin şahidi oldular.

“Azerfon – Vodafone” şirkətinin rəhbəri xanım Leyla Nəsrullayeva iki şirkətin əməkdaşlığının uğurlu olacağına əmin olduğunu bildirdi:

“Bizim Azərbaycanda sərgi sənayesinin lideri olan “Iteca Caspian” şirkəti ilə əməkdaşlığımız təsadüfi deyil. Bizim əsas strategiyamız Azərbaycanda bu gün telekommunikasiya sektorunun inkişafının yeni mərhələlərinə və baş verən iqtisadi proseslərə dəstək verməkdən ibarətdir. Hal-hazırda, “Azerfon” şirkəti Azərbaycanda mobil rabitə sektorunun dünya mobil rabitə sisteminə sıx inteqrasiyası prosesinin əsaslı bünövrəsini qoymağa müvəffəq olmuşdur. Bizim ən əsas və ümumi məqsədimiz sərgi iştirakçılarına mobil rabitə sahəsində 3G texnologiyalarına əsaslanan  ən qabaqcıl xidmət və servisləri eksklüziv olaraq təqdim etməkdir”.

Eyni zamanda, “Iteca Caspian” şirkətinin direktoru cənab Fərid Məmmədov da qurulmuş tərəfdaş münasibətlərindən razı qaldığını bildirdi: “Biz öz tərəfdaşlarımız arasında Azərbaycanda qabaqcıl informasiya və kommunikasiya texnologiyaları sektorunun önündə addımlayan “Azerfon – Vodafone” şirkətini görməyə çox şadıq. Əminəm ki, öz sahələrində lider sayılan hər iki şirkətin tərəfdaşlığı bizim 2010-cu ildə keçirəcəyimiz tədbirlərin iştirakçıları və qonaqları üçün yeni imkanlar açacaq”.

exhibition
...

Bu il ilk dəfə olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Caspian Oil and Gas” 17-ci Beynəlxalq Neft və Qaz, Neft Emalı və Neft Kimyası Konfransına böyük dəstək veriləcək. Bildiyimiz kimi, 2010-cu il Azərbaycanda Ekologiya Ili elan edilmişdir. Bununla əlaqədar olaraq, konfransın sessiyalarından biri məhz Xəzər hövzəsi və onun ətraf ərazilərinin aktual ekoloji problemlərinə həsr ediləcək. “Caspian Oil and Gas” Sərgi və Konfransı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında keçirilir. Respublikanın prezidenti Azərbaycanda Ekologiya İlinə həsr edilmiş xüsusi müşavirədə qeyd etmişdir ki, 2010-cu il Azərbaycan tarixinə ekoloji durumun yaxşılaşdırılması sahəsində dönüş ili kimi daxil olacaq. Təşkilatçılar ümid edirlər ki, Neft və Qaz, Neft Emalı və Neft Kimyası Konfransı regionda ekoloji durum ilə bağlı olan aktual problemlərin müzakirəsinə öz töhfəsini verəcək. Onu da qeyd etmək lazımdır ki,  “Caspian Oil and Gas” layihəsinə ənənəvi   olaraq Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən dəstək veriləcək. Böyük Britaniyanın “ITE Group PLC” şirkəti bu sərgi və  konfransı təşkilatçısı, Azərbaycan Respublikası Ticarət və Sənaye Nazirliyi isə tədbirin həmtəşkilatçısı qismində çıxış edəcəklər.

exhibition
...





Baş xəbərlər
PLATİN SPONSOR
QIZIL SPONSOR
SPONSORLAR





















































KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  07/02/2023 08/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek