Sərgi xəbərləri
Bu il ilk dəfə olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Caspian Oil and Gas” 17-ci Beynəlxalq Neft və Qaz, Neft Emalı və Neft Kimyası Konfransına böyük dəstək veriləcək. Bildiyimiz kimi, 2010-cu il Azərbaycanda Ekologiya Ili elan edilmişdir. Bununla əlaqədar olaraq, konfransın sessiyalarından biri məhz Xəzər hövzəsi və onun ətraf ərazilərinin aktual ekoloji problemlərinə həsr ediləcək. “Caspian Oil and Gas” Sərgi və Konfransı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında keçirilir. Respublikanın prezidenti Azərbaycanda Ekologiya İlinə həsr edilmiş xüsusi müşavirədə qeyd etmişdir ki, 2010-cu il Azərbaycan tarixinə ekoloji durumun yaxşılaşdırılması sahəsində dönüş ili kimi daxil olacaq. Təşkilatçılar ümid edirlər ki, Neft və Qaz, Neft Emalı və Neft Kimyası Konfransı regionda ekoloji durum ilə bağlı olan aktual problemlərin müzakirəsinə öz töhfəsini verəcək. Onu da qeyd etmək lazımdır ki, “Caspian Oil and Gas” layihəsinə ənənəvi olaraq Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən dəstək veriləcək. Böyük Britaniyanın “ITE Group PLC” şirkəti bu sərgi və konfransı təşkilatçısı, Azərbaycan Respublikası Ticarət və Sənaye Nazirliyi isə tədbirin həmtəşkilatçısı qismində çıxış edəcəklər.
bütün xəbərlər
|