Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия



İştirakçı xəbərləri

12.05.2010 14:39

GİLAN şirkətlər qrupunun hissəsi olan ALTEN GROUP alternativ, başqa sözlə desək, bərpa olunan enerji mənbələrinin araşdırılması və müvafiq texnoligiya və avadanlığın istehsalı ilə məşğuldur.

Biz hal-hazırda bir neçə i istiqamətdə iş aparırıq və bu sıraya külək və bioqaz texnologiyaları ilə yanaşı Günəş enerjisindən istilik və elektrik alınması və xüsusi örtüklü istixanalar daxildir. Bizim istehsal etdiyimiz məhsullar arasında Günəş enerjisi ilə işləyən küçə fənərləri dəsti də var

GÜNƏŞ PANELLƏRİ

Günəş panellərini istənilən yerdə quraşdırmaq olar. Onlar müvafiq sayda olmaq şərti ilə istənilən qədər elektrik enerjisi hasil edə bilər. Obyektin elektrik enerjisinə olan tələbatını bilməklə panellərin sayını, ümumiyyətlə bütün sistemi hesablayıb quraşdırmaq olar. Panellər adətən 100, 200 və 240 vatlıq olur. Panel dəstinə Günəş şüalarının təsiri altında hasil edilmiş elektrik enerjisini toplayan akkumlyator batareyaları da daxil olmalıdır. Gün ərzində yığılan elektrik enerjisi hava qaraldıqdan sonra batareradan elektrik işlədicilərinə verilir. Azərbaycanın cənub bölgələrində Günəşli günlərin sayının 320-yə çatdığını nəzərə alsaq, panellərin olması, demək olar ki, tam enerji sərbəstliyi deməkdir.

GÜNƏŞ PANELLİ KÜÇƏ İŞIQLARI:

Bu işıq fənərləri şəbəkə elektrik təchizatından asılı deyil. Onların elektrik mənbəyi Günəş işığını elektrikə çevirən  panellərdir. Fənərlər həmşinin akkumulyatorlarla təchiz olunmuşdur və bunun sayəsində Günəş olmayanda belə 4 gecə işıq verə bilirlər. Fənərlərin başqa bir üstünlüyü onların adi lampa yox, diod işıq lampalarıdır. Bu cür lampalar 24 V gərginlikdə və 15 vat gücdə  200 vatlıq lampanın işığını verir.

GÜNƏŞ SU QIZDIRICILARI

Günəş su qızdırıcıları suyun Günəş şüaları vasitəsi ilə qızdırılması üçün nəzərdə tutulmuş texnologiyadır. Qışın şaxtalı günlərində belə, buludsuz, Günəçli havada bu qurğular öz çənindəki suyu 35-38 C-yə qədər qızdıra bilir. Bu sistemin qızdırdığı sudan  mətbəx və hamamda istifadə etmək olar. Sistem həmçinin boyler və qəza elektrik qızdırıcısı ilə təchiz edilmişdir. Bu, istifadəçiyə uzun müddət davam edən buludlu hava şəraitində də qurğudan istifadə etmək imkanı verir. Bu məqsədlə boylerlər 1 kV-lıq su qızdırıcıları ilə təchiz edilmişdir. Boylerin termos strukturu istifadə olunmamış isti suyun hərarətinin 3 günədək saxlanmasını təmin edir. Qızdırıcılar istənilən sayda quraşdırıla bilər.

BİOQAZ QURĞULARI

Bioqaz qorğuları üzvi tullantılardan metan qazı alınması üçün nəzərdə tutulmuşdur. Bizin ölkə mühitində ən geniş yayılmış üzvi tullantı növü inək peyinidir. Bioqaz qurğusunda peyin havasız şəraitdə çürüməyə başlayır və bunun nəticəsində yanan metan qazı hasil olur. Bioqaz qurğuları dünənə kimi tullantı sayılan inək peyinindən yanan qaz almaqla yanaşı peyinin özünü yüksək keyfiyyətli gübrəyə çevirir. Adi şəraitdə peyinin bu cür gübrəyə çevrilməsinə 1 il vaxt gedir, bioqaz qurğusunda isə bu müddət 20-25 günə qədər azalır. ALTEN GROUP şirkətini 5, 10, 15 kub metrlik bioqaz qurğuları istehsal edir.

KÜLƏK TURBİNLƏRİ

Külək turbinləri küləyin gücündən elektrik enerjisi almaq üçün nəzərdə tutulan qurğulardır. Onlar sənaye və məişət təyinatlı ola bilər. Məişət təyinatlı turbinlər 10 kV (kilovat), sənaye təyinatlı turbinlər isə 1,2 və hətta 5 mV  (meqavat) elektrik gücü verə bilər. Elektrik şəbəkəsinin olmadığı küləkli yerlərdə evlər, retranslyatorlar, bir sözlə fasiləsiz enerji tələb edən obyektlər üçün əvəzsizdir.

İSTİXANALAR

ALTEN GROUP-un istehsal etdiyi istixanalar xüsusi örtüklə örtülür. Bu örtük istilik itikisini minimuma endirir və beləliklə, enerji tələbatı dəfələrlə aşağı düşür. Örtüyün daha bir üstünlüyü Günəş işığını yaymasındadır. Bu, hətta an buludlu günlərdə belə istixananın içində işığın bayırdakından daha güclü olması deməkdir.  İstixanalar müştərinin istəyindən asılı olaraq, damcı suvarma və istilik sistemi ilə təmin edilə bilər. İstənilən ölçü üçün sifarişlər qəbul edilir.

bütün xəbərlər





Baş xəbərlər
PLATİN SPONSOR
QIZIL SPONSOR
SPONSORLAR





















































KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  05/02/2023 06/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek