Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия



Sənaye xəbərləri

industry 2

Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Şəffaflıq Təşəbbüsünə qoşulub.

Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (Azerbaijan İnternational Mining Company – (AİMC)) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalayıb.

Bu barədə «APA-Economicə»ə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.

«Qoşulma Aktı»nı imzalamaqla AİMC Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - on ikinci hesabat dövrü (2009-cu il) üzrə Azərbaycan hökumətinə ödənişləri barədə hesabat verəcək.

AİMC Azərbaycanda qızıl və gümüş hasilatı sahəsində fəaliyyət göstərən şirkətdir. Bu şirkətin Şəffaflıq Təşəbbüsünə qoşulması Azərbaycanda MHŞT-nin tətbiqində yeni mərhələdir. Azərbaycanda ilk dəfə olaraq MHŞT-yə neft-qaz hasilatı ilə məşğul olan şirkətlərdən kənar digər mədən hasilatı ilə məşğul olan şirkət qoşulub. Bununla da Azərbaycanda mədən hasilatı ilə məşğul olan bütün şirkətlər (28 şirkət) MHŞT-nin tətbiqi prosesinin iştirakçısıdır. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən ARDNŞ, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha altı şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NİCO, Apsheron Investments Ltd və GDF SUEZ Eksploreyşn Kaspian B.V. şirkətləri qoşulub.

Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.

URL http://www.apa.az/news.php?id=179195

APA News alert service

bütün xəbərlər





Baş xəbərlər
PLATİN SPONSOR
QIZIL SPONSOR
SPONSORLAR





















































KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  05/02/2023 06/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek