Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия



Sənaye xəbərləri

industry 3

“Azərbaycanın tarixində ilk dəfə olaraq neft hasilatı 50 milyon tonu keçib”

Baş nazir Artur Rəsizadə: “Hökumətin sosial-iqtisadi siyasəti Azərbaycanın dinamik inkişafına xidmət edib”

2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan balanslaşdırılmış sosial-iqtisadi siyasət əvvəlki illərdə olduğu kimi, Azərbaycanın dinamik inkişafına xidmət edib. Bu barədə Baş nazir Artur Rəsizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatının müzakirəsində bildirib.

“Dünya maliyyə və iqtisadi böhranına baxmayaraq, ötən il Azərbaycanda makroiqtisadi sabitlik saxlanılıb, real artım və əhalinin rifahı təmin edilib”, - Rəsizadə deyib.

Uzun illərdir ki, əsas iqtisadi göstərici - ÜDM tempinə görə Azərbaycan dünya ölkələri arasında ən yüksək mövqeni tutur.

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində əldə olunan kəmiyyətli və keyfiyyətli dəyişikliklər iqtisadiyyatın inkişafın yeni mərhələsinə keçidinin əsasını qoyub”, - Baş nazir vurğulayıb.

Ölkə hökuməti makroiqtisadi sabitliyin, istehsalatın rəqabət qabiliyyətinin saxlanması, pul-kredit siyasətinin gücləndirilməsi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin müdafiəsi, sahibkarlığın işgüzar fəallığının artırılması məqsədilə ötən il müvafiq tədbirlər həyata keçirib.

“Azərbaycan iqtisadiyyatının diversifikasiyası nəticəsində ölkənin qeyri-neft sektorunda artım nümayiş olunub”, - Rəsizadə deyib.

Onun sözlərinə görə, BVF, DB, AYİB kimi aparıcı beynəlxalq maliyyə şirkətləri Azərbaycanda böhran əleyhinə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. DB-nin və BMK-nın növbəti Doing Business hesabatında Azərbaycan öz aparıcı mövqeyini saxlayıb.

Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətinin indeksi üzrə Azərbaycanı 51-ci yerə çıxarıb ki, bu da MDB ölkələri arasında ən yüksək göstəricidir.

Hesabat dövründə real ÜDM artımı 9,3 təşkil edib, 34,6 mrld. manata çatıb, qeyri-neft sektorunda isə 3,2 faiz təşkil edib. İnflyasiyasının səviyyəsi 1,5 faizə enib.

“Əvvəlki illərdə olduğu kimi, sosial məsələlərin həlli ölkə hökumətinin fəaliyyətində prioritet yer tutub”, - Rəsizadə deyib. O, həyata keçirilən tədbirlər sırasında orta aylıq əmək haqqının 8,6 faiz artaraq 298 manata çatmasını, əmək pensiyasının 104 manat təşkil etməsini göstərib. Minimal əməkhaqqı və baza pensiyası 75 manat təşkil edib.

Ötən il 654 min nəfərə ünvanlı sosial yardımın verilməsi üçün dövlət büdcəsindən 180 milyon manat ayrılıb.

Baş nazir onu da deyib ki, Azərbaycanın tarixində ilk dəfə olaraq 2009-cu ildə neft hasilatı 2008-ci illə müqayisədə, təxminən, 14 faiz artaraq 50 milyon tonu keçib: “Qaz hasilatı 21,6 milyard kubmetrə çatıb və 2008-ci illə müqayisədə 300 milyon kubmetr artıb. Neft emalı zavodlarında fəaliyyətin xeyli yaxşılaşdırılması hər il əsas neft məhsullarına artan tələbatı ödəyib. Ötən il ilk dəfə olaraq neft emalının dərinliyi 90 faiz təşkil edib. 2010-cu ilin əvvəlindən nəqlin diversifikasiyası nəticəsində Azərbaycan təbii qazın Rusiyaya ixracına başlayıb. Gürcüstana qaz nəqlinin həcmi artıb”.

Artur Rəsizadə bildirib ki, “Azərbaycan əvvəl bağlanmış müqavilə çərçivəsində İrana qaz nəqlinin həyata keçirilməsinə başlamaq üçün hazırlıq işlərini başa çatdırıb. Bu müqavilə bu ilin mart-aprel aylarında 100 milyon kubmetr qaz nəqlini nəzərdə tutur. Hazırda İran və Azərbaycan böyük həcmdə qazın nəqlinə dair uzunmüddətli müqavilənin bağlanması üzrə danışıqlar aparır”.

Qaz anbarlarında payız-qış mövsümü üçün rekord həcmdə - 1,9 milyard kubmetrdən çox qaz ehtiyatı yaradılıb.

Baş nazirin sözlərinə görə, Azərbaycanda elektrik enerjisi istehsalının gücü 2009-cu ildə 9,8 faiz artaraq, 6370 meqavat təşkil edib: “İl ərzində gücü 525 meqavat olan Sumqayıt elektrik stansiyası və gücü 104 meqavat olan Şahdağ elektrik stansiyası istismara verilib”.

Ötən il, həmçinin, Şirvanda gücü 780 meqavat olan "Cənub" elektrik stansiyasının inşası davam etdirilib, Ordubadda 36,5 meqavat gücündə SES-in, Füzulidə isə 25 meqavat gücündə olan SES-ın inşasına başlanıb.

“Alternativ enerji mənbələrinin inkişafı imkanlarının öyrənilməsi üçün ölkə prezidentinin ehtiyat fondundan bir milyon manat ayrılıb. 2010-cu ildə investisiya proqramında alternativ və bərpa oluna bilən enerji mənbələrinə 40 milyon manat ayrılması nəzərdə tutulur”, - Baş naziri bildirib.

bütün xəbərlər





Baş xəbərlər
PLATİN SPONSOR
QIZIL SPONSOR
SPONSORLAR





















































KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  05/02/2023 06/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek