Sənaye xəbərləri05.07.2010 17:39 İyulun 7-də Misirin neft naziri Azərbaycana səfər edəcək
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin iyul ayının 7-də Misirin neft naziri Amin Sami Fəhminin Azərbaycana səfəri başlayacaq. Azərbaycan Sənaye və Energetika Nazirliyi mətbuat xidmətinin rəbəri Azər Mənsimovun «APA-Economics»ə verdiyi məlumata görə, nümayəndə heyəti Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, həmçinin ARDNŞ prezidenti Rövnəq Abdullayev ilə görüşlər keçirəcək.
Görüşlərdə iki ölkə arasında neft-qaz sahəsində, eyni zamanda digər layijələrlə bağlı müzakirələr aparılacaq. Nümayəndə heyətinin tərkibində Misirin Milli Qaz Şirkətinin prezidenti də daxildir.
Nazirlikdən bildirilib ki, səfər çərçivəsində qonaqlar Səngəçal Neft Terminalında da olacaqlar.URL http://www.apa.az/news.php?id=192233
bütün xəbərlər
|