Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия



Sənaye xəbərləri

08.07.2010 10:33

İlham Əliyev bp şirkətinin icraçı direktoru Toni Heyvordu qəbul etmişdir

Prezident İlham Əliyev bp şirkətinin icraçı direktoru Toni Heyvordu qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə bp şirkəti arasında uzunmüddətli əməkdaşlığın uğurlu olduğunu vurğulamış və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Toni Heyvord bp şirkətinin Azərbaycan hökuməti və ARDNŞ ilə uğurlu əməkdaşlığını bir daha qeyd edərək “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” neft və qaz, eləcə də Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri layihələrinin Azərbaycan, region və qlobal enerji bazarları üçün əhəmiyyətli olduğunu demişdir.

Görüşdə “Şahdəniz” yatağının tammiqyaslı işlənilməsinin Azərbaycan və bp üçün önəmli layihələrdən biri olduğu qeyd edilmişdir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

bütün xəbərlər





Baş xəbərlər
PLATİN SPONSOR
QIZIL SPONSOR
SPONSORLAR





















































KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  05/02/2023 06/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek