press_releases 0 Ənənəvi “Caspian Oil & Gas” – Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Beynəlxalq Sərgisi 1- 4 iyun tarixlərində keçiriləcək
Press reliz 22.02.2010 Ənənəvi “Caspian Oil & Gas” – Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Beynəlxalq Sərgisi 1- 4 iyun tarixlərində keçiriləcək. Böyük Britaniyanın “ITE Group” şirkəti və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası sərginin təşkilatçılarıdır. Sərgidə dünyanın 30 ölkəsindən olan 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. İştirakçılar arasında Böyük Britaniya, Almaniya, Çin və Rusiyanın milli qrupları da olacaq. Bu il “Caspian Oil & Gas” sərgisində ilk dəfə olaraq BƏƏ-nin milli stendi iştirak edir. Sərgi meydançasının 40%-dən çox hissəsini “Caspian Oil & Gas” sərgisinin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tərəfindən tutulacaq. Onların arasında “BP”, “Itochu”, “OMV Gas International GmbH”, ARDNŞ, “Statoil”, “Total”, “TPAO” və bir çox digər şirkətlər yer tutur. Bu il ilk dəfə olaraq, özündə külək dəyirmanları, günəş batareyaları və s. müxtəlif ekoloji layihələri əks etdirən alternativ enerji sektoru sərginin xüsusi mövzularından biri olacaq. Sərgidə bu il ilk dəfə iştirak edən şirkətlər də var; onlar neft avadanlıqları, nəqliyyat xidmətləri, neft sektorunda informasiya texnologiyaları kimi bölmələri təqdim edəcəklər. Sərginin ikinci günü, “Hyatt Regency” mehmanxanasının konfrans zalında Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Beynəlxalq Konfransı keçiriləcək. Konfransda dünyanın 30 ölkəsindən olan 500 nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. 2010-cu ildə Azərbaycan Beynəlxalq Bankı sözügedən sərgi və konfransın platin (baş) sponsoru qismində çıxış edəcək. Konfransda Avropanın geosiyasi məsələləri və bu məsələlərdə Azərbaycanın rolu, Xəzər hövzəsinin potensialı, Azərbaycanın enerji sektoruna sərmayə qoyuluşları və bir sıra digər məsələlər müzakirə olunacaq. Regionda ekoloji problemlərə
bütün xəbərlər
|