Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия



“Baku Expo Center” Sərgi Mərkəzi “Xəzər Neft və Qaz 2010” sərgisi ilə açılır

İlk açılışını qeyd edən yeni “Baku Expo Centre” Sərgi Mərkəzində, regionun neft və qaz sahəsinin aparıcı tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi keçiriləcəkdir. Tədbir Azərbaycanın paytaxtında 1-4 iyun 2010-cu il tarixlərində keçiriləcəkdir.

“Baku Expo Centre” Sərgi Mərkəzi beynəlxalq standartlara uyğun tikilmiş tədbirlər məkanı olaraq, konfrans, iclas, seminar və təqdimatların keçirilməsi üçün 30 000 kvadrat metrdən yuxarı olan ekspozisiya sahəsini iştirakçılara təqdim edir.

Sərgi və konfransı təşkil edən İTE Qrup şirkətinin İcraçı Direktoru cənab Edvard Stroon bəyan etmişdir: “Biz çox şadıq ki, “Xəzər Neft və Qaz” sərgi və konfransı yeni sərgi kompleksində keçiriləcək ilk tədbir olacaq. Beləliklə, əla təchiz edilmiş və genişlənmə imkanları vəd edən mərkəzin açılışı ilə bu nüfuzlu sərgi və konfransın tarixində yeni fəsil başlanacaq. Çətin iqtisadi dövrana baxmayaraq “Baku Expo Center” Sərgi Mərkəzinin inşasının başa çatdırılması Azərbaycan iqtisadiyyatının gücünü sübut edir. Bakı şəhəri, Xəzər regionunun işgüzar mərkəzidir və bu yeni sərgi məkanının fəaliyyətə başlanması Azərbaycanın paytaxtını sərgilər sahəsində, regionun ən qabaqcıl sərgi mərkəzinə çevirəcəkdir.”

“Xəzər Neft və Qaz Konfransı” iyunun 2-si və 3-də Bakının Hyatt Regency Mehmanxanasında keçiriləcəkdir. 2010-cu ildə bu tədbir 17-ci ildönümünü yaşayır. Sərgi və konfrans Azərbaycan Sənaye və Energetika Nazirliyi və “ARDNŞ” Azərbaycan Respublikasının Dövlət  Neft və Qaz Şirkəti tərəfindən tam olaraq dəstəklənir.

bütün xəbərlər





Baş xəbərlər
PLATİN SPONSOR
QIZIL SPONSOR
SPONSORLAR





















































KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  29/11/2022 30/11/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek