Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия











Xəzər Neft-Qaz 2011:
Xəzər regionunun neft-qaz sahəsində əsas hadisə












İyun ayının 7-də “Bakı Ekspo” sərgi mərkəzində “Caspian Oil&Gas 2011” (Xəzər Neft-Qaz 2011) 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası sərgi və konfransının açılışı oldu. Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir olan bu sərgi ümumdünya neft-qaz sektorunun aparıcı mütəxəssisləri və əsas oyunçularını ənənəvi olaraq bir araya gətirdi. Belə ki, 27 ölkədən 285 şirkət sərgi mərkəzinin iki geniş pavilyonunda öz ekspozisiyalarını açdılar. Böyük Britaniyanın "ITE Group PLC" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian” şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərginin təntənəli açılış mərasimində hər il iştirak etməsi bu sərginin yüksək statusunu daha da möhkəmləndirir. Bu gün də ənənəvi olaraq, dövlət başçısı "Xəzər Neft-Qaz 2011" sərgisinin rəsmi açılış mərasimində öz təbrik nitqi ilə çxış etdi və bu tədbirin beynəlxalq əhəmiyyətini vurğuladı. Daha sonra yüksək səviyyəli xarici qonaqların çıxışları oldu. Onların arasında ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi elçisi cənab Riçard Morninqstar, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Norveç şahzadəsi Hookon və Gürcüstanın energetika naziri Aleksandr Xetaquri var idi. Həmçinin, ABŞ Prezidenti Barak Obama, Böyük Britaniyanın Baş naziri David Kemeron, Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan və Avropa Birliyinin Prezidenti Joze Manuel Barrozo "Xəzər Neft-Qaz 201" sərgisinin ünvanına öz salamlama məktublarını göndəriblər. Sərgidə Azərbaycan, Macarıstan, Ukrayna, Rusiya və Türkmənistanın müvafiq nazirliklərinin nümayəndələri, eləcə də iri neft-qaz şirkətləri və strukturlarının nümayəndələri iştirak edirlər.

Sərgi üzrə VİP-tur zamanı Prezident İlham Əliyev ən yeni neft-qaz avadanlıqları, neftçıxarma və enerji daşıyıcılarının nəql edilməsi sahəsində qabaqcıl texnologiyalar, Azərbaycanın neft sənayesinin indiki və gələcək inkişafı üzrə layihələri nümayiş etdirən əsas ekspozisiyalar ilə tanış oldu. Sərgi iştirakçılar arasında Böyük Britaniya, Rusiya, Türkiyə və Almaniyanın Milli qrupları da var. Sərgi sahəsinin 40%-dən çox hissəsi bütün dünyada tanınmış iri dövlət neft-qaz şirkətləri və korporasiyaları tərəfindən tutulmuşdur. Bu şirkətlərin əksəriyyəti, yəni BP, "OMV Gas International GmbH", ARDNŞ, "Statoil", "Total", TPAO və bir çox başqa şirkətlər Xəzər neft və qaz sərgisinin daimi iştirakçıları sayılırlar. Ötən il ilə müqayisədə iştirakçılar tərəfindən tutulmuş sərgi sahəsi üzrə artım 25% təşkil edir. "Xəzər Neft-Qaz 2011" sərgisində iştirak edən yeni şirkətlər isə eksponentlərin ümumi sayının 12 faizini təşkil edirlər. Eksponentlərin bütün kateqoriyalarına müvafiq olaraq ziyarətçilərin tərkibi də kifayət qədər genişdir. Onların arasında Azərbaycan, Macarıstan, Ukrayna, Rusiya, Türkmənistan, Almaniya və Norveçin müəyyən sahələr üzrə nazirliklərinin, həmçinin iri neft-qaz şirkətləri və maliyyə, hüquq və biznes strukturlarının nümayəndələri var. Buna görə də, bütün sərgi sahəsi hal-hazırda neft və qaz sektoruna adi məsələlərin müzakirəsi üçün minlərlə həmkarların görüşdüyü, neftçıxartma və neft-qaz hasilatı sahəsində ən yeni nailiyyətlərin nümayiş etdirildiyi böyük bir auditoriyanı xatırladır. Beləliklə, "Xəzər Neft-Qaz 2011" layihəsi artıq özünün ilk iş günündə əsas hədəflərindən birinə - dünya səviyyəsində işgüzar əməkdaşlığa köməklik göstərmək məqsədinə nail oldu. Bu il burada bir sıra şirkətlər öz sərgi stendlərinin tamamilə yeni konsepsiyalarını təqdim edirlər. "Schlumberger" və "Azfen-Tekfen” alyansı kimi bir çox iştirakçılar isə ötən il ilə müqayisədə öz stend sahələrini demək olar ki, iki dəfə artırıblar.

“Xəzər Neft-Qaz 2011” layihəsinə ənənəvi dəstəyi Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)  göstərirlər. Bu il sərgi "İlin Brendi №1 – Azərbaycanda Sərgilər" nominasiyasında "Brand Award Azerbaijan 2010" mükafatı ilə təltif olunub. Artıq 6 ildir ki, sərgi "UFI" (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) beynəlxalq sərgi cəmiyyəti tərəfindən təqdir olunur. Belə ki, "UFI tərəfindən təsdiq olunub" keyfiyyət nişanı sərgilərin bütün beynəlxalq standartlara cavab verdiyini sübut edir.





BİZƏ QOŞULUN!
Baş xəbərlər
QIZIL SPONSOR

GÜMÜŞ SPONSORLAR

















BÜRÜNC SPONSORLAR








































KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  24/03/2019 25/03/2019
USD 1.7 1.7
EUR 1.9288 1.9288
GBP 2.2567 2.2567
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek