Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Caspian Oil Gas 2012 Daily News 1 Caspian Oil Gas 2012 Daily News 2

“Caspian Oil & Gas 2012” sərgisi bütün dünyanın neft-qaz elitasının diqqət mərkəzindədir.

Bakıda 19-cu Beynəlxalq “Xəzər neft, qaz, neft emalı və neft kimyası” sərgi və konfransı öz işinə başa çatdı. Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir olan “Caspian Oil and Gas 2012” sərgisi regionda neft sektorunun aparıcı mütəxəssislərini və əsas oyunçularını bir yerə topladı. Hal-hazırda, dünyanın 35 ölkəsindən 304 şirkət “Bakı Ekspo” mərkəzi ərazisində öz ekspozisiyalarını nümayiş etdirdilər. Böyük Britaniyanın “ITE Group Plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin “Caspian Oil & Gas 2012” sərgisinin rəsmi açılış mərasimində hər il iştirak etməsi isə bu tədbirin yüksək statusunu bir daha vurğulayır. Təbrik nitqi ilə çıxış edən dövlət başçısı bu tədbirin beynəlxalq əhəmiyyətini bir daha ön plana çəkdi. Cənab prezidentin sözlərinə görə, 1994-cü ildə keçirilmiş ilk sərgi sayəsində Azərbaycan neft-qaz sektorunda malik olduğu böyük potensialı bütün dünyaya nümayiş etdirə bildi. Belə ki, “Caspian Oil & Gas” sərgisindən cəmi bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı.

“ITE Group Plc” şirkətinin Baş məsləhətçisi cənab Endrü Vud tədbirdə çıxış edərək “Caspian Oil and Gas” sərgisində Azərbaycandan olan iştirakçıların əhəmiyyətli dərəcədə artdığını qeyd etdi (xatırladaq ki, bu il sərgidə 75 yerli şirkət iştirak edir). “Son 20 il ərzində neft-qaz sektorunda çox mühüm dəyişikliklər baş verib və bu, beynəlxalq səviyyəli sərgilərin ən böyük təşkilatçısı olan “ITE” şirkəti üçün də əhəmiyyətli hadisə oldu. Mən iştirakçıları təbrik edir və “ITE” şirkətinə, habelə bizim tərəfimizdən keçirilən bütün mühüm tədbirlərə dəstək verdiyi üçün dövlət başçısına öz minnətdarlığımı bildirirəm”, deyə cənab Endrü Vud öz çıxışını yekunlaşdırdı.

Daha sonra ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın Baş naziri Devid Kemeronun sərgiyə ünvanlanan salamlama məktubları oxundu. Həmçinin, sərginin rəsmi açılış mərasimində yüksək rütbəli qonaqlar da iştirak etdilər. Sərgi üzrə keçirilən “VİP” tur əsnasında, ölkə prezidenti İlham Əliyev yeni neft-qaz avadanlıqları, neftçıxarma və enerji resurslarının nəqli sahəsində mövcud olan innovasiyalı texnologiyaları, habelə ölkədə neft səanyesinin həm indiki, həm də gələcək inkişafı ilə bağlı layihələri əks etdirən əsas ekspozisiyalarla (ARDNŞ, “BP”, “Petkim”) tanış oldu.

Sərgidə Böyük Britaniya, Almaniya, Çin, Rusiya və Türkiyə öz milli qruplarını təqdim edirlər. MDB, Avropa və Şərqi Asiya ölkələrindən olan şirkətlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Vyetnamdan olan şirkətlər isə bu sərgidə ilk dəfə çıxış etdilər. Sərgi pavilyonunun 40%-dən çox hissəsini bütün dünyada məşhur olan şirkətlər və “Caspian Oil & Gas” sərgisinin daimi iştirakçıları, 59 %-ni xarici iştirakçılar, yerdə qalan hissəsini isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri tutur. Bundan əlavə, ekspozisiyanın 10%-ni Azərbaycan bazarında əvvəllər heç vaxt fəaliyyət göstərməyən şirkətlər təşkil etdi.

Layihənin ekspozisiyası 15% artım nümayiş etdirərək “Neftçıxarma və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar”, “Neft-qaz avadanlıqları, neft və qazın saxlanılması sistemlərinin təchizatı” və “Regionda mövcud və gələcək neft-qaz layihələri” kimi tematik bölmələri və bir sıra digər mövzuları özündə birləşdirir. Bu ilki sərgini fərqləndirən amil layihə iştirakçıları tərəfindən ekspozisiya sahəsinin artırılması və yeni stend konsepsiyalarının təqdim edilməsidir.

 

 

Ənənəvi olaraq, Azərbaycanın Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Caspian Oil and Gas” sərgisinə dəstək göstərirlər. Layihə üzərində işlərə həmçinin “ITE Group Plc” şirkətinin tərəfdaşları – “ITE LLC Moscow” (Rusiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (Çin Xalq Respublikası) və “ITE Gulf” (BƏƏ) cəlb edilmişdir. Sadalanan şirkətlər beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal şəkildə cəlb edirlər.

 

Tədbirin sponsorlarına gəldikdə isə qeyd etmək lazımdır ki, bu il onların siyahısı genişdir və 21 şirkəti əhatə edir. Belə ki, Baş sponsor “BP Azerbaijan” şirkəti, “Qızıl sponsor” isə ARDNŞ və “Andrade Gutierrez” şirkətidir. Sərginin digər sponsorları “Caspian Geophysical”, “Conoco Phillips”, “Cross Caspian Oil and Gas Logistics”, “Det Norske Veritas”, “Ernst & Young”, “IGI POSEIDON S.A.”, “Inpex Corporation”, “McDermott Caspian Contractors”, “MESC”, “Nobel Oil LTD”, “OMV Aktiengesellschaft”, “RWE”, “Statoil”, “Salans”, “TAP”, “Total E&P Azerbaijan”, “Velosi”, “Vietnam Oil & Gas Group” şirkətləridir. “Azerfon” MMC, “Azərbaycan Hava Yolları” (AZAL) və “Greenwich Travel Club” şirkətləri, habelə “Hilton Baku” və “Qafqaz Point” mehmanxanaları sərginin tərəfdaşları qismində çıxış edirdilər.

Uzun illər keçirilməsinə baxmayaraq, sözügedən sərgi və konfrans yenə də əvvəlki kimi bütün dünyanın neft-qaz elitasının diqqət mərkəzindədir. Gələn il “Caspian Oil and Gas” sərgisi öz 20 illik yubileyini qeyd edəcək və bu əlamətdar hadisə sərginin təməl daşını qoymuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. Yubiley “Caspian Oil and Gas” sərgisinin əlamətdar bir hadisəyə çevriləcəyi və öz geniş miqyası, habelə bayram abu-havası ilə büsbütün fərqlənəcəyi gözlənilir. Bu münasibətlə təşkilatçılar tərəfindən xüsusi tədbirlər proqramı planlaşdırılır.




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR
QIZIL SPONSORLAR






GÜMÜŞ SPONSORLAR















BÜRÜNC SPONSORLAR







































KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  18/06/2019 19/06/2019
USD 1.7 1.7
EUR 1.9068 1.8968
GBP 2.1994 2.1937
RUR 0.0267 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek