Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ





Bütün video xəbərlər ...

COG 2013 Daily Newspaper N1 COG 2013 Daily Newspaper N2

“Caspian Oil and Gas 2013” –
Azərbaycan neft strategiyasının uğurlarının təntənəsi

4 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbirin açılış mərasimi baş tutdu, belə ki, əlamətdar yubileyini - 20 il ərzində uğurla həyata keçirilməsini qeyd edən “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas”) beynəlxalq sərgi və konfransı öz işinə başladı. Azərbaycanın iqtisadiyyat, elm və texnika sahələrində ən yaxşı nailiyyətlərini nümayiş etdirən “Caspian Oil and Gas 2013” sərgisi haqlı olaraq regionun aparıcı tədbiri hesab olunur. Dünyanın 28 ölkəsindən 386 şirkəti bir araya gətirən Yubiley “Caspian Oil and Gas 2013” sərgisi ilə paralel olaraq 3-cü Xəzər Beynəlxalq “Energetika və Alternativ enerji” sərgisi də keçirilir və hər iki sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və “ITE Group plc” şirkəti çıxış edirlər.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev sərginin təntənəli açılış mərasimində çıxış edərək 20 il ərzində bütün Xəzəryanı regionun ən böyük forumu statusunu qazanmağa müvəffəq olmuş bu tədbirin əhəmiyyətini vurğuladı. Bütün bu illər ərzində sərgi ölkəmizin enerji məhsulları sahəsində uğurlarını müvəffəqiyyətlə əks etdirir. Sərginin inkişaf tarixi əsası 20 il əvvəl məşhur “Əsrin müqaviləsi” sayəsində qoyulmuş Azərbaycanın neft strategiyası ilə bağlıdır. Bu gün Azərbaycan dünyada qara qızıl diyarı və lider qaz ölkəsi kimi tanınır, “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və digər bu kimi meqa-layihələr isə qlobal iqtisadi əməkdaşlığın və Avropada enerji təhlükəsizliyinin təmin olunması üçün göstərilən səylərin rəmzinə çevrilib. Bu baxımdan, Cənub qaz dəhlizinin tərkib hissəsi olan və Xəzər regionundan mavi qazın Mərkəzi Avropaya nəqli üçün nəzərdə tutulmuş “TANAP” (Trans-Anadolu Qaz Kəməri) layihəsi də xüsusi mövqeyə malikdir. Ölkə başçısı həmçinin qeyd etdi ki, bu layihələrin icrası üçün bütün maraqlı tərəflər balanslaşdırılmış mövqe nümayiş etdirməlidirlər. Bu mənada energetika sektoru ilə yanaşı, qeyri-neft sektorunun da nailiyyətlərini nümayiş etdirən ixtisaslaşdırılmış sərgilər əməkdaşlıq meydanına çevrilir.

Şərqlə Qərbi birləşdirən enerji dəhlizi boyu neft-qaz və nəqliyyat-kommunikasiya üzrə meqa-layihələrin həyata keçirilməsində müstəsna rol oynayan ölkəmiz strateji əməkdaşlıq, beynəlxalq inteqrasiya və enerji təhlükəsizliyinin real qarantıdır. Bu gün haqlı olaraq “Caspian Oil & Gas” sərgisi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-aliləri İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən neft strategiyasının uğuru hesab olunur. Təşkilatçılar əmindirlər ki, 20 illik bir müddəti arxada qoyan bu sərgi gələcəkdə də regionun neft sektoru üzrə nailiyyətlərinin vizit kartı, eləcə də işgüzar əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlıq naminə yeni perspektivlərin müəyyənləşdirilməsi üçün platforma olaraq qalacaq.

Ölkə başçısının çıxışından sonra ABŞ-ın Azərbaycandakı səfiri cənab Riçard Morninqstar Amerika Birləşmiş Ştatları Prezidenti cənab Barak Obamanın məktubunu oxudu. Azərbaycanın prezidentinə və xalqına ünvanlanmış bu məktubda ABŞ prezidenti Bakıda 20-ci “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi ilə əlaqədar ən səmimi arzularını çatdıraraq, qazın Avropaya təchizində Azərbaycanın aparıcı rolunu xüsusilə vurğuladı.

Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya Baş nazirinin xüsusi diplomatik elçisi cənab Çarlz Hendri Baş nazir Devid Kemeronun salamlama məktubunu oxudu. Baş nazir bu məktubda Ülyahəzrət Kraliça adından Azərbaycan hökumətinə, eləcə də yubiley sərginin təşkilatçılarına və iştirakçılarına ən xoş arzularını çatdırdı.

“Caspian Oil & Gas-2013” sərgi və konfransının “VIP” - qonaqları arasında Gürcüstanın energetika naziri cənab Kaxa Kaladze, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya Baş nazirinin xüsusi diplomatik elçisi cənab Çarlz Hendri, İsveç Ticarət Nazirliyinin Dövlət Katibi cənab Qyunnar Oom, Energetika Xartiyasının Baş Katibi cənab Urban Rusnak, Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini cənab Metin Kilci, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini cənab Annageldi Mammetyazov və digər şəxslər var. “Caspian Oil & Gas-2013” sərgisi bütün iştirakçılar üçün informasiya məkanını təmin etməklə yanaşı, iqtisadiyyatın bu sahəsi üzrə məhsulların istehsalçı və istehlakçıları üçün də böyük əhəmiyyət kəsb edir. Sərgi öz miqyası və çoxsaylı nümayəndə heyəti ilə Azərbaycanın neft-qaz sənayesinin inkişafına müsbət təsir göstərir. Belə ki, ölkəmizdə olan çoxsaylı şirkətlər Azərbaycanla yaxından tanış olaraq yerli bazarda biznes qurmaq imkanlarını təhlil edə biləcəklər. Ötən il ilə müqayisədə sərgi meydançalarının həcmi 22%, eksponentlərin ümumi sayı isə 25% artmışdır. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20%-ni təşkil edən yeni şirkətlər isə sərgiyə marağın azalmadığına sübutdur. Sərginin keçirildiyi illər ərzində həm sevindirici hal, həm də əsas nailiyyət ondan ibarətdir ki, bu tədbirə qatılan yerli şirkətlərin sayı ildən-ilə artır və bu il onlar sərgi iştirakçılarının ümumi sayının 30%-ni təşkil edirlər.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və onu müşayiət edən ölkənin Birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə keçirilən “VIP”-tur zamanı yüksək səviyyəli qonaqlar sərginin əsas bölümləri, habelə ARDNŞ, “BP”, “Statoil” və dünyanın digər aparıcı şirkətlərinin əsas stendləri ilə tanış oldular.

Sərgi və konfrans iştirakçılarının siyahısında bazarın ən böyük iştirakçıları, dünyanın neft və energetika sektorunun liderləri yer alırlar. Bu sərgidə müasir neft hasilatı və neft emalının ən müxtəlif sahələrinin inkişafı üçün nəhəng imkan və perspektivlər təqdim olunub. Ən yaxşı innovasiyalar, yerin təkinin işlənilməsi üsulları, məhsul xətləri və servis xidmətləri çeşidi sayəsində hər bir mütəxəssis, sahibkar və ya mühəndis öz suallarına cavab tapacaq, eksponentlər arasında öz həmkar və tərəfdaşları ilə görüşə biləcəkdir. Sərgidə güclü transformatorlar, müxtəlif kabel məhsulları, hava elektrik xətləri üçün naqillər, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir işıqlar, elektrik enerjisinin texniki və kommersiya uçotu üçün avtomatlaşdırılmış sistemlər, mikroprosessor qurğuları və bir sıra digər məhsullar təqdim olunur. “BP” şirkəti və onun tərəfdaşlarının “Alıcılarla tanış olun” (“Meet the Buyer”) şüarı altında keçirdiyi tədbiri xüsusi maraq doğurur. Bu tədbirdə 90-a yaxın şirkət istismar təminatı, mühəndis-texniki işlər, tikinti, maddi-texniki təchizat, tullantıların toplanması və utilizasiyasının təşkili, habelə müxtəlif işgüzar xidmətlərin göstərilməsi sahələrində öz nailiyyətlərini nümayiş etdirir.

Sərgi və konfrans iştirakçılarının siyahısında bazarın ən böyük iştirakçıları, dünyanın neft və energetika sektorunun liderləri yer alırlar. Bu sərgidə müasir neft hasilatı və neft emalının ən müxtəlif sahələrinin inkişafı üçün nəhəng imkan və perspektivlər təqdim olunub. Ən yaxşı innovasiyalar, yerin təkinin işlənilməsi üsulları, məhsul xətləri və servis xidmətləri çeşidi sayəsində hər bir mütəxəssis, sahibkar və ya mühəndis öz suallarına cavab tapacaq, eksponentlər arasında öz həmkar və tərəfdaşları ilə görüşə biləcəkdir. Sərgidə güclü transformatorlar, müxtəlif kabel məhsulları, hava elektrik xətləri üçün naqillər, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir işıqlar, elektrik enerjisinin texniki və kommersiya uçotu üçün avtomatlaşdırılmış sistemlər, mikroprosessor qurğuları və bir sıra digər məhsullar təqdim olunur. “BP” şirkəti və onun tərəfdaşlarının “Alıcılarla tanış olun” (“Meet the Buyer”) şüarı altında keçirdiyi tədbiri xüsusi maraq doğurur. Bu tədbirdə 90-a yaxın şirkət istismar təminatı, mühəndis-texniki işlər, tikinti, maddi-texniki təchizat, tullantıların toplanması və utilizasiyasının təşkili, habelə müxtəlif işgüzar xidmətlərin göstərilməsi sahələrində öz nailiyyətlərini nümayiş etdirir.

Bu il “Caspian Oil and Gas” sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin banisi və onun ideoloji ilham mənbəyi olan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. Sərgi sponsorlarının rekord sayı da tədbirin statusunu bir daha vurğulayır (20 sponsor şirkət). “Caspian Oil & Gas-2013” sərgisinin Baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Qızıl sponsorları isə “BP Azerbaijan” və “Statoil” şirkətləridir. Sərginin digər sponsorları arasında “Axpo Trading”, “Azfen-Tekfen”, “Azeri MI Drilling Fluids”, “BNP Paribas”, “Bos Shelf”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Cross Caspian Oil and Gas Logistics”, “IHS Global Ltd”, “Interpipe”, “McDermott Caspian Contractors, Inc.”, “Nabucco”, “Nobel Oil”, “RussNeft”, “RWE”, “Siveco Romania” və “TexnoProm” şirkətləri də yer alır. Sərgi və konfransın Baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

Bakı Ekspo Mərkəzində “Caspian Oil and Gas-2013” sərgisi ilə paralel olaraq “Caspian Power-2013” sərgisi də keçirilir. Bu sərgi energetika sənayesi üçün innovasiyalı texnologiya və avadanlıqlar, habelə enerjiyə qənaət sahəsində elmi-texniki təkmilləşdirmələr təqdim edən şirkətləri öz meydançasında bir araya gətirmişdir. Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət təşkilatları ilə yanaşı, sərgidə həmçinin Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən yerli və xarici şirkətlər də öz məhsullarını təqdim edirlər, məs.: “STP” Sumqayıt Texnologiyalar Parkı (Azərbaycan), “GOKNUR Baki” MMC (Azərbaycan), “Schneider Electric” (Türkiyə) və “Wartsila” (Finlandiya). İştirakçıların 20%-ni debütantlar təşkil edirlər və onların da arasında “Enerqomera Elektrotexniki zavodlar” QSC (Rusiya), “Cink Hydro-Energy” (Çexiya) və s. şirkətlər var.




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  18/06/2019 19/06/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek