Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Sənaye xəbərləri

30.01.2013 09:21

Rumıniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Bakı – APA-Economics. Bu gün Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu və səfirliyin birinci katibi Radu Gorinçoy Bakı Ali Neft Məktəbində olub.

Məktəbin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qonaqları salamlayan rektor Elmar Qasımov bildirib ki, BANM-in yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən Azərbaycan və ARDNŞ üçün beynəlxalq standartlara cavab verən ingilis dilli kadrların hazırlanmasıdır. Ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub və bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. BANM-a ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən məktəb üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.

Səfir Daniel Kristian Çiobanu bildirib  ki, Azərbaycan və Rumıniya arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elmi və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir. Bunun əyani sübutu kimi Azərbaycan və Rumıniya arasında 2011-ci ildə imzalanmış “Strateji əməkdaşlıq” fəaliyyət planını nümunə göstərən səfir eyni zamanda ARDNŞ-nin Rumıniyanın əsas investorlarından biri olduğunu vurğulayıb. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu layihələrdən söhbət açan səfir Azərbaycanda ingilis dilli, beynəlxalq tədris sisteminin şərtlərinə və tələblərinə cavab verən belə bir ali məktəbin yaradılmasının məqsədəmüvafiq olduğunu qeyd edib. O, BANM ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Rumıniyanın müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

Görüşün sonunda Səfir Daniel Kristian Çiobanuya BANM-in “Fəxri qonaq” diplomu verilib.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek