Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



12.03.2013 09:27

Caspian Oil and Gas 20 illik yubileyini qeyd edir

İyun ayının 4-dən 7-dək mütəxəssislərin diqqəti Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan və bu il öz 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası “Caspian Oil and Gas” sərgi və konfransına yönələcək. Belə ki, “Caspian Oil and Gas” sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin bünövrəsini qoymuş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. “Caspian Oil and Gas”sərgi və konfransının 20 illik yubileyi ilə əlaqədar olaraq təşkilatçılar əlavə tədbirlər planı hazırlayaraq həyata keçirəcəklər. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərginin təntənəli açılış mərasimində iştirak etməsi sözügedən sərginin yüksək statusunu sübut edir. Keçirildiyi bütün illər  ərzində “Caspian Oil and Gas” sərgisinə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstək verilir. 20 il ərzində uğurla həyata keçirilən Azərbaycanın ilk ixtisaslaşdırılmış sərgisi hər il neft-qaz hasilatı və emalı, nəqletmə və loqistika, habelə servis xidmətləri sahəsində aparıcı texnologiyaların nümayiş etdirilməsi üçün dünya neft sənayesinin bütün aparıcı mütəxəssislərini və liderlərini bir araya gətirərək sənayenin əsas forumuna çevrilmişdir. Artıq sərgi meydançasının 70%-dən çoxu  sərgi və konfransın daimi iştirakçıları - dünyaca məşhur şirkətlər tərəfindən tutulmuşdur. Onların arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “BP”, “Statoil”, “OMV”, “Total”, “Petkim”, “TPAO”, “RWE” və bir sıra digər şirkətlər də yer alır. Almaniya, Çin və Rusiyanın milli qrupları sərginin daimi eksponentləri hesab olunurlar. ABŞ şirkətləri, Ukraynanın neft-qaz korporasiyaları və digərləri bu il sərgidə ilk dəfə iştirak edirlər. “Caspian Oil and Gas” sərgisinin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “Qızıl” sponsoru isə “BP Azerbaijan” şirkətidir. Sərginin digər sponsorları arasında “Azfen-Tekfen”, “Bos Shelf” MMC, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Nobel Oil LTD”, “Azeri MI Drilling Fluids LTD”, “Cross Caspian Oil and Gas Logistics” və “Global Energy Azerbaijan Limited” şirkətləri də var.

Sərgini hər il müşayiət edən ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası “Caspian Oil and Gas” konfransı kifayət qədər uzun müddət – 20 il ərzində keçirilməsinə baxmayaraq, yenə də əvvəlki kimi bütün dünyanın neft və qaz elitasının diqqət mərkəzindədir. Bu il neft-qaz sahəsinin aparıcı nümayəndələrinin konfransda iştirakı Xəzəryanı regionda həm mədən sənayesində, həm də neft-qaz resurslarının nəql olunmasında təchizatın hasilatı və diversifikasiyası, dəniz platformalarının tikintisində innovasiyalar, qazma qurğuları və dəniz boru kəmərləri, eləcə də yeni layihələrin həcminin artırılması ilə bağlı beynəlxalq əməkdaşlığın geniş müzakirəsinə həsr olunacaq. 5-6 iyun tarixlərində keçiriləcək konfransda 500-dən çox nümayəndənin iştirakı gözlənilir. Nümayəndələr ilk olaraq “Jumeirah Bilgah Beach” otelinin konfrans zalında toplaşacaqlar. Konfransın baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “Qızıl” sponsoru isə “BP Azerbaijan” şirkətidir. Digər sponsorlar arasında “Caspian Geophysical JV” MMC, “Cross Caspian Oil and Gas Logistics” və “Nobel Oil LTD” şirkətləri də yer alır.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek