Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

05.06.2012 22:40

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemerondan

XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransının keçirilməsi münasibətilə Zati-aliləri Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ülyahəzrət Kraliça hökuməti adından təbrik etmək istəyirəm.

Azərbaycan gələn illər ərzində dünya iqtisadiyyatında mühüm rol oynayacaq enerji resursları ilə seçilən regionun mərkəzində yerləşir. Azərbaycan həmin sərvətlərin hamının rifahına yönəldilməsində əsas və fəal rol oynamışdır. Ötən ilin sonunda əldə edilmiş mühüm hökumətlərarası Saziş “Şahdəniz” qazının Avropaya nəqli məqsədilə Transanadolu boru kəmərinin çəkilməsi istiqamətində işin başlanması ilə yanaşı, “Cənub” qaz dəhlizinin reallığa çevrilməsinə yardım edəcəkdir. Bu, Avropa enerji təchizatında şaxələndirməyə doğru atılan addım deməkdir. Bu, həmçinin regionun karbohidrogen ehtiyatlarının işlənilməsinə imkan yaratmaq üçün vacibdir. Məmnunuq ki, Azərbaycanda ən böyük xarici sərmayədar olan bp şirkəti bu işdə çox yaxından iştirak edir.

Bu layihə üzrə aparılacaq iş hələ ki, çoxdur və bir sıra digər tərəflər iştirak etmək üçün növbədədir. Mən gələcəkdə sabit enerji mənbəyini təmin etmək məqsədilə səy göstərən bütün tərəflərə uğurlar arzulayıram. Builki Xəzər neft və qaz sərgisində bütün iştirakçılara uğurlu həftə diləyirəm.

Devid Kemeron

Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Baş naziri

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek