Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

05.06.2012 22:55

Sərgidə iştirakçıların ekspozisiyaları arasında rəqabət gedir

Xayke Libold, “GDF SUEZ” nümayəndəliyinin direktoru

–      “GDF SUEZ” şirkəti artıq üçüncü ildir ki, illik neft-qaz konfransının nümayəndəsi, həmçinin “Caspian Oil & Gas” sərgisinin iştirakçısı kimi iştirak edir. Bizim şirkət Azərbaycan Dövlət Neft Şirkəti və “Total” şirkətinin Xəzərdə “Abşeron” dəniz yatağının kəşfiyyatı və işlənilməsi üzrə müqavilə tərəfdaşlarından biridir. Bizim “Caspian Oil & Gas” sərgisində iştirakımız isə Azərbaycanda həyata keçirdiyimiz fəaliyyət istiqamətlərindən biri sayılır.

Sərgidə biz şirkətin bütün məhsullarını və imkanlarını təqdim edirik. Şirkətimiz yalnız neft və qaz deyil, həm də ətraf mühit və digər sahələrdə fəaliyyət göstərir; başqa sözlə, bizim sərgidə iştirakımızı özünəməxsus “vizit kartı” da adlandırmaq olar.

Bu sərgi Xəzər regionunda neft-qaz sektoru üçün ən əhəmiyyətli tədbir sayılır. Onun Bakıda keçirilməsi isə rəmzi xarakter daşıyır və Azərbaycan paytaxtının yüksək statusunu bir daha vurğulayır.

Sərginin miqyasına gəlincə isə onu qeyd edə bilərəm ki, bu sərgi həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf edir və sərgidə öz brendlərini ən cəlbedici formada təqdim etməyə səy göstərən iştirakçıların ekspozisiyaları arasında demək olar ki, əsil rəqabət gedir.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek