Baş xəbərlər06.06.2012 16:26 “S&Q Mart” şirkəti “Azərkimya” ilə yaxından əməkdaşlıq edir.
Vüsal Qasımov, “S&Q Mart” şirkətinin Layihə meneceri Biz Azərbaycanda fəaliyyətə bu yaxınlarda başlamışıq və bu sərgidə ilk dəfə iştirak edirik. Lakin buna baxmayaraq, biz artıq yerli bazarda öz mövqelərimizi möhkəmləndirə bilmişik. “S&Q Mart” şirkəti Azərbaycandakı neft sistemlərinin təftişi, ekspertizası və laborator yoxlamaları ilə məşğuldur və “Azərkimya” dövlət şirkəti ilə yaxından əməkdaşlıq edir. Bizim üçün bu sərgidə iştirak etmək öz fəaliyyətimiz və əldə etdiyimiz nəticələr haqqında geniş ictimaiyyəti məlumatlandırmaq və onlara daha dəqiq informasiya vermək baxımından bir fürsətdir. Həmçinin, bu sərgi potensial müştərilərlə görüşməyə imkan yaradır, yəni biz burada həm özümüzü tanıda, həm də başqalarını tanıya bilərik. “Caspian Oil & Gas” ölkənin əsas sərgisi hesab olunur və həmişəki kimi çox yüksək səviyyədə təşkil olunub. Sərginin ilk günündə bizim maraqlı görüşlərimiz və danışıqlarımız oldu və biz gələcəkdə Azərbaycandakı fəaliyyətimizin daha geniş vüsət almasını istərdik.
bütün xəbərlər
|