Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

06.06.2012 19:06

“Silk Way Holding” şirkətinin təqdim etdiyi xidmətlər spektri kifayət qədər genişdir.

Fərid Axundov, “Silk Way Holding” şirkətinin xarici nümayəndəliklərlə işlərin təşkili üzrə departamentinin müdiri

“SW Holding” şirkəti 14 iyul 2006-cı il tarixində yaradılıb. Şirkət tərəfindən təqdim olunan xidmətlərin spektri kifayət qədər genişdir. Holdinqin tərkibinə daxil olan 23 şirkət buna sübutdur: “Airport Gate”, “Sheraton Baku Airport Hotel”, “İpək Yolu Sığorta”, “Baku Cargo Terminal” (BCT), “Duty Free”, “Euroasian Cargo”, “Ground Handling Company” (GHC), “Silk Way Airlines”, “Silk Way Bank”, “Silk Way Business Aviation”, “SW Construction & Industry”, “SW Fibrobeton”, “Silk Way Helicopter Services” (SWHS), “Silk Way Technics” (SWT), “Sky Catering”, “SW Travel”, “Turan Air” və s. Şirkətdə təxminən üç min mütəxəssis çalışır.

Bu il “Caspian Oil and Gas” sərgisində biz dördüncü dəfədir ki, iştirak edirik və bu yaxınlarda keçiriləcək nəqliyyat sərgisində də iştirak etməyi planlaşdırırıq.

“Silk Way” şirkəti neft-qaz sərgisində sərnişin və yük aviadaşımaları və holdinqin digər fəaliyyət istiqamətləri üzrə xidmətlər potensialını təqdim edir. Biz bu sərgidən şirkətə daxil olan aviaşirkətlərin marşrut şəbəkəsinin coğrafi baxımdan genişləndirilməsi üzrə təkliflər və nəqliyyat aviasiyası üçün yeni müqavilələr gözləyirik. Bildiyiniz kimi, “Azərbaycan hava yolları” (“AZAL”) şirkəti vaxtaşırı yeni istiqamətlər açır və bu ildən etibarən Bakı-Milan, Bakı-Praqa və digər marşrutlar üzrə uçuşlar həyata keçirilir. Prioritet məsələlərdən biri də ABŞ üzrə uçuşlara başlamaqdır.

Bizi sərginin təşkilatçılıq səviyyəsi qane edir. Biz bu sərgidən tam razıyıq və gələcəkdə də “Iteca Caspian” şirkəti ilə əməkdaşlıq edəcəyimizə ümid bəsləyirik.

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek