Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

06.06.2012 19:41

“RWE” şirkəti Hasilatın pay bölgüsü sazişi (HPBS) üzrə müqavilənin imzalanması üzərində işləyir.

Frenk Mayer, “RWE Dea AG” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri

Əvvəla onu qeyd edim ki, “RWE” şirkəti qlobal korporasiya olaraq Avropada ən böyük energetika şirkətidir. “RWE Dea AG” törəmə şirkəti isə bilavasitə neft və qazın kəşfiyyatı və hasilatı ilə məşğuldur. Bizim üçün Xəzər əsas regionlardan biridir və məhz buna görə də biz “Caspian Oil & Gas” sərgisində artıq beşinci dəfədir ki, iştirak edirik. Yeri gəlmişkən onu da qeyd edim ki, bizim sərgidə ilk iştirakımız şirkətin qeydiyyatdan keçərək Bakıda öz filialını açdığı il ilə üst-üstə düşüb.

2010-cu ildə “RWE Dea AG” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə “Naxçıvan” perspektiv dəniz strukturu ilə bağlı danışıqların aparılması üzrə Anlaşma memorandumu imzaladı. Bu danışıqlar indiyə kimi davam etdirilir və biz ümid edirik ki, yaxın gələcəkdə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) üzrə müqavilə imzalanacaq.

Bizim əsas məqsədimiz HPBS üzrə müqavilə imzalamaqdır, lakin ARDNŞ ilə əməkdaşlıqla yanaşı, biz digər birgə layihələrdə də iştirak etməyə maraq göstəririk.

Qeyd etmək istəyirəm ki, sərgi üzrə “VİP” tur zamanı, ölkə prezidenti Zati-aliləri İlham Əliyev bizim stendin yanında ayaq saxlayaraq korporasiyamızın Vitse-prezidenti Dr. Hans-German Ekke ilə söhbət etdi və o, dövlət başçısına “RWE” şirkətinin fəaliyyəti və planları haqqında məlumat verdi.

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek