Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

07.06.2012 12:08

Biz keçirilən sərgi sayəsində Azərbaycanda yaxşı müqavilələr bağlamışıq.

Vera Borovik, “HAFI” şirkətinin biznesin inkişafı üzrə meneceri

“HAFI” şirkəti Avstriya - Lixtenşteyn qrupunun bir hissəsidir və onun kommersiya fəaliyyəti əsasən Mərkəzi və Qərbi Avropada – Bolqarıstan, Sloveniya, Xorvatiya, Yuqoslaviya, Makedoniya, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Slovakiya, Polşa, Macarıstan, Baltik ölkələri, Ukrayna, Rusiya və digər MDB ölkələrində cəmləşib. Bundan əlavə, bir sıra ərəb ölkələri və Aralıq dənizi ölkələri də şirkətin əhatə dairəsinə daxildir. “HAFI”-ın satış şəbəkəsi Mərkəzi Avropanın ayrılıqda hər bir ölkəsində olan xüsusi filialları, həmçinin, aparıcı yerli şirkətlərlə olan əməkdaşlığı sayəsində fəaliyyət göstərir.

“HAFI” aşağıdakı istiqamətlərdə iş aparır:

–           Hazır texnika və qurğuların satışı;

–           Ehtiyat hissələrini təmin etməklə göstərilən servis xidməti və təmir;

–           Bir sıra problemlər üzrə mühəndis-layihə (injiniirnq) həll variantları.

Həmçinin, “HAFI” şirkəti aşağıdakı sahələrdə yüksək keyfiyyətli məhsul istehsal edir və xidmətlər göstərir:

–         Sıxılmış hava texnologiyası;

–         Vakuum texnikası;

–         Ötürücü texnika;

–         Təmizləyici qurğular;

–         Soyuducu texnika və s.

Biz ölkədə fəaliyyət göstərən neft və servis şirkətlərinin uğurlarını gördükcə, Azərbaycanda biznesimizi inkişaf etdirəcəyimizə ümid bəsləyirik. Azərbaycanda infrastruktur dinamik olaraq genişlənir və bizim məhsullarımız burada öz istehlakçısını tapa bilər.

Bu sərgidə biz ikinci dəfədir ki iştirak edirik. Biz artıq yaxşı əlaqələr qurmuşuq və Azərbaycanda iki müqaviləni həyata keçirməyi planlaşdırırıq.

Bizim əsas müştərilərimiz ARDNŞ və Azərbaycanda fəaliyyət göstərən digər neft şirkətləridir. Qeyd etdiyim layihələrlə bağlı ölkədə öz nümayəndəliyimizi açmaq fikrindəyik və artıq bu iş üçün yerli ixtisaslı kadrlar da seçmişik.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek