Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

07.06.2012 14:12

“Caspian Oil & Gas 2012” – əsas və perspektivli müştərilərlə münasibətlərin inkişafına və formalaşmasına verilən mühüm töhfədir

Boqdan Sumçenko, “M.V. Frunze adına Sumsk Elmi-İstehsalat Birliyi” İctimai Səhmdar Cəmiyyətinin marketinq şöbəsinin aparıcı meneceri

Bizim müəssisə 1896-cı ildə yaradılmışdır və Avropada neft, qaz, kimya və digər sənayelər üçün avadanlıqların istehsalı üzrə ən iri maşınqayırma komplekslərindən biridir. Kompressorlar və qazötürücü aqreqatlar, unikal kimya avadanlıqları, sentrifuqalar, nasoslar və qaz boru kəməri armaturları, neft sənayesi avadanlıqları və qazdoldurma stansiyaları, qazın kompleks hazırlanması üçün avadanlıqlar - bütün bunlar bizim müəssisə tərəfindən istehsal edilən avadanlıqların bir qismidir. Məhsul çeşidinin müxtəlifliyi inkişaf etmiş texniki və istehsal bazasının sayəsində təmin olunur. Müəssisəmiz istehsal olunan avadanlıqların təhvil-təslim sınaqlarının keçirilməsi üçün ən ciddi tələbləri təmin edən sınaq bazasına malikdir. Yüksək peşəkar kadrlar və qabaqcıl texnologiyalarla yanaşı, ən müasir istehsal bazası müəssisəmizə bir çox obyektləri planlaşdırmadan tutmuş texniki xidmətə qədər istifadəyə tam hazır vəziyyətdə inşa etməyə imkan verir.

Müəssisəmiz Azərbaycanın neft-qaz müəssisələri ilə tarixi və əməkdaşlıq münasibətlərinə malikdir və biz bu sərgidə hər il iştirak edirik. Bu əməkdaşlıq ilk növbədə ona görə mühümdür ki, məhsullarımızın satışı baxımından Azərbaycan bazarı əhəmiyyətli istiqamətlərindən biri sayılır. Bununla əlaqədar olaraq, 2002-ci ildə müəssisəmizin Bakı filialı açıldı. Bu isə bizə istismar şirkətlərindən olan müştərilərlə yerlərdə əlaqələr qurmağa imkan verdi. Məsələn, Azərbaycan Dövlət Neft Şirkəti və onun kimya, neft və qaz istiqamətlərinə nəzarət edən struktur bölmələri bizim tərəfdaşlarımızdır. Onu da qeyd edək ki, müəssisəmiz 80-ci illərdən başlayaraq Azərbaycana təxminən 20 qazötürücü aqreqat gətirib.

“Caspian Oil & Gas-2012” sərgisində iştirak - əsas və perspektivli müştərilərlə münasibətlərin inkişafına və formalaşmasına verilən mühüm töhfədir. Bundan əlavə, bu sərgi Azərbaycan bazarının potensialını da xarakterizə edir. Beləliklə, sərgi növbəti dəfə istehsalçılara ölkənin neft-qaz bazarında öz məhsulları haqqında məlumat verməyə imkan yaratdı.

 

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek