Baş xəbərlər07.06.2012 18:16 Azərbaycan bazarında bizim məhsullara maraq var
Vyaçeslav Şembek, “Gerda” Elm-istehsalat müəssisəsinin direktoru Biz Bakıda keçirilən “Caspian Oil & Gas” sərgisində ilk dəfədir ki iştirak edirik. Biz belə qərara gəldik ki, Azərbaycana gələk və görürük ki, bu qərarımızda yanılmamışıq. Sərgi bizim çox xoşumuza gəldi və biz gələn il də mütləq bura qayıdacağıq, xüsusən də ona görə ki, növbəti neft-qaz forumu sayca 20-ci, yəni yubiley tədbir olacaq və özünə daha çox diqqət cəlb edəcək. Bizim şirkətin artıq 20 yaşı var və biz Azərbaycan bazarına çıxmağı qərara almışıq. Bizim məhsulların bu sərgidə ilk təqdimatı onu göstərdi ki, Azərbaycan bazarında bu məhsullara maraq var və mən istisna etmirəm ki, biz ən yaxın vaxtda Bakıda şirkətimizin nümayəndəliyini açmaq barədə düşünəcəyik. Bizdə Azərbaycan istehlakçılarına lazım olan məhsullar var. “Gerda” şirkəti Rusiyada informasiya kabellərinin (cüt məftilli kabellərin) istehsalı sahəsində liderdir. Biz yanğınsöndürmə və maye boşaltma/doldurma avadanlıqlarını istehsal edirik və hətta sexdaxili daşımalar üçün özümüzün “Gerda Kar” avtomobillərinin istehsalını da təşkil etmişik. Şirkətimiz həm Rusiya, həm də MDB ölkələrinin neft-qaz-kimya kompleksləri üçün geniş çeşiddə məhsullar istehsal edir. Bakıdakı sərgidə biz bir sıra əlaqələr yaratdıq. Burada insanlar kifayət qədər fəal şəkildə bizim məhsullarla maraqlanır və bizim reklam prospektlərini özləri ilə götürürlər.
bütün xəbərlər
|