Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

08.06.2012 10:38

“NETZSCH” şirkətinin rəhbərliyi nümayəndəliyimizin qurduğu əlaqələrdən çox razıdır

Cavanşir Cəfərov, “NETZSCH” şirkətinin Azərbaycanda nümayəndəsi

“NETZSCH” şirkəti 1873-cü ildən fəaliyyət göstərir və bütün dünyada müxtəlif güc parametrlərinə malik nasosların istehsalı sahəsində ixtisaslaşır. Şirkət Qazaxıstan, Rusiya, Rumıniya, Türkiyə və bütün Avropa da daxil olmaqla, bir çox dünya ölkələrində nümayəndəliklərə malikdir. Azərbaycanda yerləşən nümayəndəliyimiz isə ikinci ildir ki, fəaliyyət göstərir.

“NETZSCH” şirkətinin istehsal etdiyi çoxfazalı nasoslar neftin qazma quyularından çıxarılması və ötürülməsi üçün nəzərdə tutulmuşdur. Ekssentrik vintli nasoslara malik qurğular ağır neft və tərkibində müxtəlif əlavələr (qum, su, qaz) olan neft məhsullarını hasil etməyə və eyni zamanda, enerji xərclərini hasil olunan həcmlərə nisbətən lazımi çərçivədə saxlamağa imkan verir. Sabit hasilat üçün enerji xərclərinin minimuma endirilməsi bizim fəaliyyətimizin əsas istiqamətidir.

Mən düşünürəm ki, şirkətin bütün bu istiqamətləri Azərbaycanda fəaliyyət göstərən və bu sərgidə təqdim olunan neft şirkətləri arasında öz istehlakçılarını tapacaq.

Azərbaycanda bizim avadanlıqlarımız hələ 2005-ci ildən, əvvəllər müştərək Almaniya-Azərbaycan müəssisəsi olmuş “Azgerneft” şirkətində istifadə olunur.

Hal-hazırda, Azərbaycanda işlərimiz genişlənir və məhz bununla əlaqədar olaraq, mənim başçılıq etdiyim nümayəndəlik açılmışdır.

Nümayəndəliyimiz sərgiyə ikinci dəfədir ki qatılır. “NETZSCH” şirkəti isə alman şirkətlərinin ümumi stendində altıncı ildir ki, iştirak edir. Sərginin təşkili bizim çox xoşumuza gəlir və “Baku Ekspo” mərkəzinin geniş miqyası və burada ziyarətçilərlə ünsiyyət üçün yaradılmış şərait çox gözəl təsir bağışlayır.

Sərgidə iştirak etmək üçün əsas ofisdən şirkətin Baş direktoru cənab Holger Hartviq və Regional menecer Mark Volfram gəliblər. Bu, onların Bakıya birinci gəlişi deyil və onlar nümayəndəliyimizin qurdğu əlaqələrdən çox razıdırlar.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek