Baş xəbərlər09.04.2012 14:25 "Xəzər neft və qaz" sərgi və konfransı regionun neft sənayesi mütəxəssislərini və əsas iştirakçılarını öz bayrağı altında bir yerə toplayacaqdır
Xəzəryanı regionun neft və qaz sahəsində ən böyük və nüfuzlu tədbir sayılan 19-cu Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” (“Xəzər neft və qaz”) sərgi və konfransı 5-8 iyun tarixlərində keçiriləcək və regionun neft sənayesi mütəxəssislərini və əsas iştirakçılarını öz bayrağı altında bir yerə toplayacaqdır. Sözügedən sərgi və konfransa dövlət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilir. Hər il sərginin təntənəli açılışı mərasimində Azərbaycan Respublikası Prezidenti Zati-aliləri İlham Əliyevin iştirak etməsi bu sərginin yüksək statusa malik olduğunu bir daha təsdiqləyir. Bir sıra dövlətlərin rəhbərləri hər il sərginin ünvanına salamlama məktubu göndərirlər. Ənənəvi olaraq, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Xəzər neft və qaz” layihəsinə dəstək verirlər. Bu il sərgidə dünyanın 25-dən ölkəsindən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənir. Ənənəvi olaraq, sərgidə bir sıra ölkələrin milli qrupları da iştirak edəcəklər. Xəzər hövzəsində yeni yataqların kəşf edilməsi sahəsində əldə olunan ən son nailiyyətlər sərginin inkişafına əlavə təkan verdi və bu, 2012-ci il sərgisinin geniş ekspozisiyasına da öz müsbət təsirini göstərəcəkdir.
bütün xəbərlər
|