Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

08.06.2012 10:52

Sərgi bizim Azərbaycan bazarına çıxmağımıza kömək edəcək

Je Yanq (Zhe Yang), “Sin Yan” MMC şüşə lifli plastik borular zavodunun departament direktoru

Biz Bakıda keçirilən neft-qaz sərgisinə ilk dəfədir ki gəlmişik və bu forum haqqında mənim təəssüratlarım kifayət qədər müsbətdir. Azərbaycanın paytaxtı isə böyük və çox gözəl bir şəhərdir.

Bizim əsas məqsədimiz istehlakçıları öz məhsullarımızla tanış etməkdir. Hələ ki, bizim məhsullar bir o qədər də yaxşı tanınmır və biz bu vəziyyəti dəyişdirmək niyyətindəyik. Biz su, qaz və hətta neft boru kəmərlərinin yaradılması üçün istifadə edilə bilən və şüşə lifdən hazırlanan boruların istehsalı sahəsində ixtisaslaşmışıq. Biz ən yeni texnologiyaları tətbiq edirik və şüşə-lif borular artıq dünyanın müxtəlif ölkələrində geniş şəkildə tətbiq olunur. Belə ki, ABŞ-da bu məhsul bir neçə onilliklərdir ki, tətbiq edilir. Mən bildiyim qədər, Qazaxıstanda boru kəmərlərinin təxminən 40%-i şüşə lifdən hazırlanıb.

Bu baxımdan, Azərbaycan bazarı bizim üçün kifayət qədər maraqlıdır və mən ümid edirəm ki, bu sərgi sizin bazara çıxmağımıza kömək edəcək.

Bakı çox gözəldir və mən hesab edirəm ki, biz növbəti il də neft-qaz sərgisinə gələcəyik. Bilirik ki, gələn ilki sərgi, sayca iyirminci, yəni yubiley sərgi olacaq və biz əminik ki, neft-qaz forumu bütün dünyadan işgüzar dairələrin daha çox sayda nümayəndəsini bir yerə toplayacaqdır.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek