Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

08.06.2012 10:55

Sərgidən əldə olunan informasiyanın təhlili gələcək qərarların qəbuluna kömək edəcək

Andrey Baranov, “Tyajpromarmatura” Qapalı Səhmdar Cəmiyyətinin marketinq şöbəsinin rəisi

“Tyajpromarmatura” Qapalı Səhmdar Cəmiyyəti - Aleksinski ağır sənaye armaturu zavodunun əsası hələ 1728-ci ildə qoyulmuşdur və  o, Rusiya maşınqayırmasının ən böyük və ən qədim müəssisələrindən biri sayılır. Biz ilk dəfədir ki, Bakı neft-qaz sərgisində iştirak edirik və onun təşkilati səviyyəsindən, habelə ziyarətçilərin marağından çox razıyıq. Bizim məhsullarımızla əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) daxil olan layihə institutlarının mütəxəssisləri maraqlanırlar.

“Tyajpromarmatura” QSC-nin stendində neft və qaz kəmərləri üçün nəzərdə tutulmuş bağlayıcı siyirtmələr təqdim olunur. Bundan əlavə, burada su və buxarla iş üçün nəzərdə tutulan məhsullar spektri də mövcuddur.

Biz Rusiya, MDB ölkələri və Avropada bağlayıcı siyirtmələrin istehsalı üzrə aparıcı mövqe tuturuq və artıq 70 ildən çoxdur ki, bu məhsulların istehsalı sahəsində ixtisaslaşırıq. Rusiyada “Qazprom” və “Transneft” kimi böyük şirkətlər bizim əsas alıcılarımız sayılırlar.

Biz əldə olunan məlumatları sərginin nəticələrinə əsasən təhlil edərək, Azərbaycan bazarında gələcək inkişafla bağlı qərar qəbul edəcəyik.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek