Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

08.06.2012 18:00

“Caspian Oil & Gas 2012” – daha möhkəm və geniş əməkdaşlığa böyük töhfə

Bu gün “Caspian Oil & Gas-2012” sərgisi öz işini başa çatdırır. Sözsüz ki, bu tədbir Azərbaycanın neft-qaz sənayesi tarixində yeni və parlaq səhifələr yazdı. “Bakı Ekspo” mərkəzində 35 ölkədən 300-dən çox şirkət öz fəaliyyət sahələrinin ən yaxşı tərəflərini təqdim edərək əldə olunan nailiyyətləri nümayiş etdirmək imkanı qazandılar.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin neft-qaz forumunun rəsmi açılış mərasimində iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq etmiş oldu. “Caspian Oil & Gas” sərgisinin ardıcıl olaraq 19 il ərzində keçirilməsini yüksək qiymətləndirən ölkə başçısı iştirakçılara müvəffəqiyyətlər arzuladı və qeyd etdi ki, onların fəaliyyəti ölkə üçün çox mühüm əhəmiyyət kəsb edir.

Respublika prezidenti ölkənin ümumi dinamik inkişafını xarakterizə edərək bildirdi ki, son 10 il ərzində ölkə iqtisadiyyatının səviyyəsi üç dəfə artmışdır və bunun sayəsində yoxsulluğun səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq mümkün olmuşdur.

Dövlət başçısının qeyd etdiyi kimi, neft amili ölkə iqtisadiyyatını dirçəldərək onun inkişafını stimullaşdırmağa kömək edib. Lakin ölkə başçısının fikrincə, məsələ yalnız əldə edilən gəlirlərdə yox, həm də onların səmərəli istifadəsindədir. Prezident vurğuladı ki, Azərbaycanın timsalında biz müvəffəqiyyətlə həyata keçirilən neft siyasətinin bariz nümunəsini görə bilərik və bu siyasət növbəti illərdə də davam etdiriləcək.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev həmçinin Azərbaycanda həyata keçirilən qaz layihələri mövzusuna da toxunaraq bildirdi ki, yaxın illərdə respublikamız Avropa bazarı üçün ən böyük qaz ixracatçısına çevriləcək.

Daha sonra respublika başçısı Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “BP” və “Statoil” kimi əsas neft-qaz şirkətlərinin stendlərinə baş çəkdi və digər eksponentlərinin pavilyonları ilə tanış oldu.

Sərginin açılışı münasibəti ilə ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın Baş naziri Devid Kemeron öz təbrik məktublarını göndəriblər. Onlar öz məktublarında yeni enerji dəhlizlərinin yaradılmasında Azərbaycanın əsas rol oynadığını vurğulayaraq, ölkələr arasında sıx münasibətlərin inkişafına yardım etmək niyyətlərini ifadə edirlər.

Neft-qaz sərgisinin digər hörmətli qonağı isə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi xanım Hillari Klinton oldu. O, Amerika Ticarət Palatasının (“AmCham”) stendinə baş çəkdi və sərginin ümumi ekspozisiyası ilə tanış oldu.

Həmçinin, sərginin yüksək rütbəli qonaqları arasında Litvanın energetika naziri Arvidas Sekmokas və ABŞ Dövlət Departamentinin Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi elçisinin Baş müşaviri cənab Deniel Staynı da qeyd etmək olar.

Artıq ardıcıl olaraq üçüncü ildir ki, sərgi “Bakı Ekspo” mərkəzində keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz stendində yeni neft-kimya kompleksinin şüşədən işlənib hazırlanmış layihə maketini xüsusi fəxrlə təqdim etdi. Sərginin keçirildiyi bütün  günlərdə dövlət neft şirkətinin mütəxəssisləri sərginin həm peşəkar, həm də sıravi ziyarətçilərinə ARDNŞ-in yeni layihəsinin geniş miqyası və unikal imkanları barədə xüsusi qurur hissi ilə bəhs edirdilər.

“BP” şirkətinin yaşıl tonlarla işlənmiş incə üslublu və dolğun stendi isə sərginin bir çox ziyarətçisini özünə cəlb edirdi. Burada arzu edən bütün ziyarətçilər üçün şirkət üzrə “virtual ekskursiyalar” təşkil olunur və şirkətin regionda həyata keçirdiyi fəaliyyətlər haqqında söhbət açılırdı.

“Silk Way Holding” MMC-nin müəssisələrindən biri olan “Silk Way” aviaşirkətinin stendində təyyarənin interyeri yaradılmışdı və ziyarətçilər burada sərnişin və yük təyyarələrinin maket modelləri ilə tanış olurdular.

“Statoil”, “OMV”, “Total” və “TPAO”, eləcə də Azərbaycan bazarında fəaliyyət göstərən və ya Azərbaycan bazarına çıxmağı arzulayan digər aparıcı şirkətlərin stendləri də kifayət qədər orijinal görünürdü.

Ənənəvi olaraq, sərgidə ən yeni neft-qaz avadanlıqları geniş şəkildə təqdim olunur, innovasiyalı neft-qaz hasilatı texnologiyaları nümayiş etdirilir və enerji resurslarının nəqli üzrə yeni imkanlar təqdim olunurdu.

Sərgidə Almaniya, Böyük Britaniya, Rusiya və Türkiyə əvvəlki kimi öz milli stendləri ilə çıxış edirdilər.

“- Azərbaycan bazarı çox maraqlı və cəlbedicidir”, bu sözləri neft-qaz sərgisinin bir çox iştirakçısından eşitmək mümkün idi. Eksponentlərin yarıdan çoxu növbəti il sayca 20-ci və yubiley sərgidə iştirak etmək dəvətini qəbul etdi.

“Caspian Oil & Gas-2012” sərgisində iştirak əsas və perspektivli müştərilərlə münasibətlərin yaradılması və inkişafı üçün böyük töhfədir. Bundan əlavə, sərgi Azərbaycan bazarının potensialını da xarakterizə edir. Beləliklə, sərgi növbəti dəfə istehsalçılara ölkənin neft-qaz bazarında öz məhsulları haqqında məlumat vermək imkanını yaratdı.

Xatırladaq ki, “Caspian Oil & Gas” sərgisinə rəsmi dəstək Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilir.

“BP Azərbaycan” şirkəti “Caspian Oil & Gas-2012” sərgisinin Baş sponsoru qismində çıxış edirdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Andrade Gutierrez” şirkəti isə sərginin qızıl sponsorları oldular. Sərginin digər sponsorları: “Caspian Geophysical”, “Conoco Phillips”, “Cross Caspian Oil and Gas Logistics”, “Det Norske Veritas”, “Ernst & Young”, “IGI POSEIDON S.A.”, “Inpex Corporation”, “McDermott Caspian Contractors”, “MESC”, “Nobel Oil LTD”, “OMV Aktiengesellschaft”, “RWE”, “Statoil”, “Salans”, “TAP”, “Total E&P Azerbaijan”, “Velosi” və “Vietnam Oil & Gas Group” (“Petrovietnam”). “Azerfon LLC”, “AZAL” və “Greenwich Travel Club” şirkətləri, habelə “Hilton Baku” və “Qafqaz Point” mehmanxanaları isə 2012-ci ildə keçirilən sərgi və konfransın tərəfdaşları qismində çıxış edirlər.

 

 

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek