Baş xəbərlər05.07.2012 09:30 Azərbaycan qazını Avropaya nəql edəcək əsas marşrut 2013-cü ilin mayında seçiləcək
Bakı. Əli Əhmədov - APA-Economics. “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq Azərbaycan qazının Avropaya nəqli üçün əsas qaz marşrutunun seçimi 2013-cü ilin may ayında başa çatacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, “Şahdəniz” konsorsiumunun qərarı ilə SEEP layihəsindən imtina olunub: “İndi biz yalnız TAP və “Nabucco West” arasında seçim etməyə konsentrasiya olmuşuq”. R.Abdullayev deyib ki, seçimdən sonra “Şahdəniz” konsorsiumu seçdiyi marşrutdan pay da alacaq. O, alınması planlaşdırılan payın həcmini açıqlamayıb: “Bu pay boru kəmərinin idarə edilməsi üçün yetərli qədər olacaq”.
bütün xəbərlər
|