Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

07.12.2012 14:29

AzDRES İES dünyada karbon kreditləri qazanmaq imkanı əldə edən ilk şirkət olub

Azərbaycanda yerləşən AzDRES istilik elektrik stansiyası enerji səmərəliyinin modernləşdirilməsi layihəsi sayəsində əldə olunan karbon kreditlərini satışa çıxaran dünyada ilk şirkət olacaq.

AYİB-in Bakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, layihə 2006-ci ildə AYİB tərəfindən maliyyələşdirilmişdir; ayrılan 207 million ABŞ dolları stansiyada köhnə və yararsız turbin və qızdırıcıların bərpasına, idarəetmə və nəzarət sistemlərinin modernləşdirilməsinə, bacaların və suyun soyuducu sisteminin təmirinə və bir sıra digər təkmilləşdirmə işlərinin həyata keçirilməsinə imkan vermişdir.

"AzDRES Enerji Effektivliyinin Artırılması" layihəsi Təmiz İnkişaf Mexanizminin (TİM) İdarə heyəti tərəfindən TİM-in 'Kioto Protokolları'-na əsasən qeydiyyatdan keçmişdir. Layihə çərçivəsində hər biri 300 meqavat gücündə yeddi cüt yanacaqlı, qaz və ağır yanacaq odluqlarının bərpası mümkün olmuşdur ki, onların da on illik kreditləşmə dövründə 10 milyondan artıq karbon kreditləri istehsal etməsi təxmin edilir. Bu kreditlər hal-hazırda Aİ-nın Emissiya ticarət sxemi də daxil olmaqla, dünyanın karbon bazarlarında satıla bilər.

AzDRES istilik elektrik stansiyasında (İES) enerjinin səmərəliliyinin təkmilləşdirilməsi layihəsi TİM tərəfindən qeydiyyatdan keçən ilk enerji stansiyasının bərpası layihəsi idi və TİM-in Azərbaycanda ikinci layihəsidir. Eyni zamanda, sözügedən layihə TİM-in Qafqazda qeydiyyatdan keçən ən iri layihəsidir.

Milli enerji operatoru olan "Azərenerji"yə məxsus AzDRES İES Azərbaycanın elektrik təminatının yarısınını istehsal edən ən iri elektrik stansiyasıdır. Bərpa layihəsi stansiyanın effektivliyini və gücünü əhəmiyyətli dərəcədə artırmışdır ki, bu da ölkənin sürətlə inkişaf edən iqtisadiyyatının artan tələbatının ödənilməsində stansiyanın daha da hazırlıqlı olmasına şərait yaradır. Bundan əlavə, layihə Azərbaycanın enerji təhlükəsizliyini artırmış və enerji infrastrukturunun etibarlılığını gücləndirmişdir.
AYİB tərəfindən AzDRES üçün ayrılan kredit Bankın Davamlı Enerji Təşəbbüsü çərçivəsində həyata keçirilmişdir. Bu təşəbbüs üzrə bü günə gədər €10 milyarddan artıq sərmayə yatırılmışdır. Kreditdən əlavə, AYİB stansiyanı erkən keçid dövrünü yaşayan ölkələr üçün Bankın multi-donor fondu vasitəsilə maliyyələşdirilən texniki yardımla da təmin etmişdir.

AYİB-ın karbon qazlar üzrə baş meneceri Jan-Uillem van de Ven qeyd edir: "AYİB ardıcıl olaraq karbon qazların emissiyasının azaldılması layihələrini daha sərfəli etmək üçün karbon bazarlarının istifadəsi imkanlarını araşdırır".

"Azərenerji" TİM qeydiyyat prosesinin təşəbbüskarı kimi çıxış etmiş və AYİB tərəfindən cəlb edilən ICF International-ın təmiz enerji məsləhətçiləri isə şirkətə dəstək göstərmişdirlər.

2006-cı ildə təməli qoyulan Davamlı Enerji Təşəbbüslərinə müxtəlif layiləhər vasitəsilə AYİB €10 milyarddan artıq sərmayə yatırmışdır.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek