Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

21.12.2012 10:53

Azərbaycan xarici dövlətlərin neft-qaz sektoruna birbaşa investisiyalarını 30% artırıb

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan birbaşa investisiyalar üzrə saldo 2012-ci ilin yanvar-sentyabr ayları üzrə müsbət 870,5 mln. ABŞ dolları təşkil edib.

«APA-Economics»in xəbər verdiyi kimi, xaricdən cəlb edilmiş birbaşa investisiyaların həcmi 3 973,7 mln. dollar, xaricə yönəldilən investisiyalar isə 3 103,2 mln. dollara bərabər olub.

Eyni zamanda neft-qaz sektoru üzrə birbaşa investisiyalarda da müsbət saldo yaranıb. Belə ki, 2012-ci ilin 9 ayı ərzində Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 3 128,1 mln. dollar, Azərbaycanın xarici ölkələrin neft-qaz sektorlarına yatırdığı birbaşa investisiyalar isə 2 884,4 mln. dollar təşkil edib. Nəticədə, 243,8 mln. dollar həcmində müsbət saldo yaranıb.

Qeyd edək ki, ötən ilin 9 ayının yekunlarına nisbətən Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 29,1%, Azərbaycanın xarici ölkələrin neft-qaz sektorlarına yönəldilən birbaşa investisiyaların həcmi 29,2%, müsbət saldo isə 29,1% artıb.

Azərbaycanın xarici neft-qaz sektoruna birbaşa investisiyaları Dövlət Neft Şirkətinin Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaq-energetika və neft-kimya sahələrində iştirakından formalaşır.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek