ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, yataqda daha bir stasionar dərin dəniz özülünün inşası üçün ARDNŞ-in «Azneft» İstehsalat Birliyinin sifarişi əsasında «Neftqazelmitədqiqatlayihə» İnstitutu tərəfindən layihələndirmə işlərinə start verilib. Belə ki, 20 quyunun (16 neft və 4 qaz quyusu) qazılması üçün inşa ediləcək №17-li yeni özülün dənizin 138 metr dərinliyində quraşdırılması nəzərdə tutulur. Özüldən qazılacaq quyuların orta dərinliyi 3500 metr olacaq. Özül yaşayış bloku, müasir qazma qurğusu, avtomatik idarəetmə avadanlıqları, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz olunacaq. Layihənin baş podratçısı «Neftqaztikinti» Trestidir.
Qeyd edək ki, layihələndirmə işləri 2013-cü ilin IV rübündə başa çatdırılacaq.