Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

22.05.2012 12:23

Caspian Oil and Gas 32 ölkəsindən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir

5-8 iyun tarixlərində “Bakı Ekspo” mərkəzində Xəzər regionunun neft-qaz sənayesi sahəsində əlamətdar hadisə olan  Top of Form 1

19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" (“Caspian Oil and Gas”) sərgi və konfransı keçiriləcək. Dövlət strukturları bu sərgi və konfransa xüsusi diqqət yetirir və onu dəstəkləyirlər. Bir sıra dövlət başçıları isə hər il sərgiyə öz təbrik məktublarını göndərirlər. Azərbaycan sərgi sənayesinin aparıcı qüvvəsi sayılan “Caspian Oil and Gas” sərgi və konfransı hər il regionun neft sektorunda fəaliyyət göstərən  aparıcı mütəxəssisləri və əsas oyunçuları bir yerə toplayır. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin hər il təntənəli şəkildə keçirilən rəsmi açılış mərasimində iştirak etməsi sərginin yüksək statusunu xüsusi şəkildə vurğulayır. Həmçinin, hər il bu sərgi və konfransı yüksək səviyyəli qonaqlar ziyarət edir və rəsmi açılış mərasimində iştirak edirlər. Ənənəvi olaraq, “Caspian Oil and Gas” sərgisi Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində Britaniyanın “ITE Group Plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian LLC” şirkəti çıxış edirlər. Layihə üzərində işə beynəlxalq şirkətləri Azərbaycanda keçirilən bu sərgiyə fəal surətdə cəlb edən “ITE Group plc” şirkətinin tərəfdaşları - “ITE LLC Moscow” (Rusiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (Çin) və “ITE Gulf” (BƏƏ) şirkətləri cəlb olunublar.

Bu il sərgidə dünyanın 32 ölkəsindən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. İştirakçılar arasında Almaniya, BƏƏ, Böyük Britaniya, Rusiya və Türkiyənin milli qrupları var. Bu il sərgidə ilk dəfə olaraq Vyetnamı təmsil edən şirkətlər də iştirak edəcək. Sərgi sahəsinin 40%-ni bütün dünyada tanınmış şirkətlər tutacaq. Bu şirkətlərin əksəriyyəti “Caspian Oil & Gas” sərgisinin daimi iştirakçılarıdırlar. Əlamətdar hallardan biri də ondan ibarətdir ki, sərgi iştirakçılarının 10%-ni əvvəllər heç vaxt Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlər təşkil edir. Sərgiyə olan davamlı maraq çox mühüm göstərici və əhəmiyyətli amil olub, Azərbaycanın beynəlxalq neft birliyində layiqli yer tutduğuna və regionda lider mövqeyinə malik olduğuna dəlalət edir.

Sərgi və konfransın sponsorları isə keçiriləcək tədbirin mühüm statusunu bir daha vurğulayır. Belə ki, sərgi və konfransının Baş sponsoru qismində “BP Azərbaycan" şirkəti çıxış edir. Sərginin  qızıl sponsorları Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və “Andrade Gutierrez” şirkətidir. Sərgi və konfransının sponsorları arasında Caspian Geophysical, Conoco Phillips, Cross Caspian Oil and Gas Logistics, Det Norske Veritas, Ernst & Young, IGI POSEIDON S.A., Inpex Corporation, McDermott Caspian Contractors, Inc, MESC, Nobel Oil LTD, OMV Aktiengesellschaft, RWE, Statoil, Salans, TAP, Total E&P Azerbaijan, Velosi, Vietnam Oil & Gas Group (Petrovietnam) şirkətlər var.

Sərgi “Bakı Ekspo” mərkəzinin iki pavilyonunda keçiriləcək. Bu tədbirdə neft hasilatı və enerji ehtiyatlarının daşınması sahəsində mövcud olan yeni texnologiyalar nümayiş etdiriləcəkdir. Eyni zamanda, sərgi regionda həyata keçirilən və gələcəkdə həyata keçiriləcək neft-qaz layihələrini təqdim edəcək.

“Caspian Oil and Gas” sərgisinin işgüzar proqramı çərçivəsində əlamətdar hadisə isə 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" konfransı olacaq və burada regional əməkdaşlıq, ölkədə yeni layihələrin inkişafı, habelə Azərbaycanda və regionda enerji infrastrukturu layihələrinin inkişafı məsələləri də daxil olmaqla, dünya enerji bazarının aktual məsələləri diqqət mərkəzində olacaq. Artıq 500-ə yaxın nümayəndənin akkreditə olunduğu bu konfrans öz işinə sərginin ikinci günü, yəni 6 iyun tarixində “Hilton Bakı” otelində başlayacaq. Konfransın məruzəçiləri arasında müxtəlif dövlətlərin yüksək rütbəli nümayəndələri və respublikanın neft-qaz sənayesi sahəsinin aparıcı iştirakçıları yer alır.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek