Baş xəbərlər11.05.2013 17:36 “İteca Caspian” şirkəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirmişdir
Bakı, 11 may (AzərTAc). “İteca Caspian” şirkəti mayın 11-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik, həmçinin Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası (“Caspian Oil and Gas”) sərgi və konfransının 20 illik yubileyləri münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında ağacəkmə aksiyası keçirmişdir. AzərTAc xəbər verir ki, Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı olan “İteca Caspian” şirkətinin əməkdaşlarının, eləcə də sərgi və konfransda iştirak edəcək şirkətlərin nümayəndələrinin də qatıldığı ağacəkmə kampaniyasında nadir ağaclar və gül kolları əkilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində Azərbaycanda neft-qaz sahəsində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyərək regionun neft-qaz sənayesi liderlərinin hər il keçirilən ənənəvi görüşünün bünövrəsini qoymuşdur. Həmin vaxtdan etibarən, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən dəstəklənən “Caspian Oil and Gas” sərgi və konfransı bütün Xəzəryanı regionun energetika sahəsinin ən böyük forumu statusunu almışdır. Bu il iyunun 4-dən 7-dək keçiriləcək “Caspian Oil and Gas” sərgi və konfransı artıq özünün 20 illik yubileyini qeyd etməyə hazırlaşır.
bütün xəbərlər
|
|
|
 |
 |
|
03/07/2022 |
04/07/2022 |
|
USD |
1.7
|
1.7
|
|
EUR |
1.8968
|
1.8968
|
|
GBP |
2.1937
|
2.1937
|
|
RUR |
0.0264
|
0.0264
|
|
|