Baş xəbərlər05.06.2013 14:11 Neft-qaz boru kəmərlərinin peşəkar izolyasiyası
Azər İsayev, “Caspian Pipe Coatings” şirkətinin İcraçı direktoru: – 10 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərən şirkətimizin əsas təsisçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Biz daim öz müştərilərimizə məsuliyyətlə yanaşırıq və təbii ki, nəticə də ən yüksək səviyyədə olmalıdır, çünki bizim sifarişçilərimiz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatoru “BP” və ARDNŞ-dir. Biz borulara korroziya əleyhinə polietilen və ya polipropilen örtük çəkməklə, eləcə də izolyasiyanı möhkəmlətmək üçün boruları beton örtük sayəsində ağırlaşdırmaqla, neft-qaz boru kəmərlərinin izolyasiyası üzrə xidmətlər təklif edirik. “BP” şirkətinin sifarişi ilə yerinə yetirdiyimiz ən son layihələr “Çıraq” və “Şahdəniz” (Faza 1) yataqları olub. ARDNŞ üçün isə biz “Neft Daşları”, “Bahar”, “Bahar-Hövsan” və “Ümid” layihələri çərçivəsində xidmətlər göstərmişik. Biz bu sərgidə dəfələrlə iştirak edərək hər il yeni eksponatlar və stend dizaynı ilə çıxış edirik. Həmçinin, biz istehsal xidmətləri bazarında 250-255 nəfər yerli mütəxəssisdən ibarət şirkətimizin uğur, peşəkarlıq və səriştəsini sübut etməyə çalışırıq. Sərgi bizə potensial istehlakçılarla ünsiyyətdə olmağa və həm yerli, həm də regional müstəvidə (Rusiya, Türkmənistan, Qazaxıstan və Gürcüstandan) yeni sifarişçilər tapmağa imkanı yaradır. Mən bu qəbildən olan mühüm sərgiləri, eləcə də hazırkı yubiley sərgini həyata keçirdikləri üçün təşkilatçılara öz minnətdarlığımı bildirirəm. “Caspian Oil and Gas-2013” sərgisinin təşkilat səviyyəsini yüksək qiymətləndirən xarici tərəfdaşlarımız da bizimlə həmfikirdirlər.
bütün xəbərlər
|