Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

05.06.2013 14:26

Neft-qaz sənayesi üçün tələb olunan materialların təchizi

İlqar Axundov, “Bon Accord Engineering Supplies (Caspian) LTD” şirkətinin Baş meneceri:

–  Şirkət 1997-ci ildə neft-qaz sənayesi üçün lazımi materialların təchiz olunması məqsədi ilə Azərbaycanda təsis edilib. 2005-ci ildə isə şirkət Fransanın “Group Genoyer” şirkətlər qrupu tərəfindən alınıb və həmin dövrdən etibarən, neft-qaz və neft-kimya sahələrində boru və boru avadanlıqlarının təchizi ilə məşğul olan bu iri şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir.

Bizim Azərbaycanda material və məmulatların saxlanılması üçün anbarlarımız, habelə yuxarıda qeyd olunan sahələrdə gündəlik istifadə olunan kipləşdirici materiallar və boltların istehsalı üzrə yerli kiçik istehsal müəssisəmiz mövcuddur. “Bon Accord Engineering Supplies (Caspian) LTD” şirkətinin məhsullarına borular, fittinqlər və flanslar, habelə klapanlar və ventillər daxildir.

Bu, bizim “Caspian Oil and Gas” sərgisində üçüncü iştirakımız olsa da, hazırkı yubiley sərgiyə daha böyük ümidlər bəsləyirik. Bunun məntiqi izahı isə belədir ki, getdikcə inkişaf edən bu tədbir yüksək səviyyədə keçirilir və artıq bazarda bir çox iştirakçının diqqətini özünə cəlb edə bilmişdir. Şirkətimiz təchiz və istehsal etdiyi məhsulların çeşidini artırmaqdadır və buna görə də, biz sərginin iş günlərində daha çox sayda potensial müştəriyə bu barədə məlumat verməyə çalışırıq.

 

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek