Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

06.06.2013 17:09

Ekologiyanın müasir üsullarla mühafizəsi.

Ramil Əliyev, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru:

– “Ekol” şirkətinin əsas məqsədi neft sənayesində həyata keçirilən əməliyyatlar nəticəsində respublikamızın ekologiyasına vurulan təsiri azaldaraq minimuma endirməkdir. Şirkətin fəaliyyət sahələrinə tullantı sularının təmizlənməsi, onilliklərlə yığılmış neft şlamlarının utilizasiyası, neftlə çirklənmiş torpaqların rekultivasiyası, ekoloji – normativ - texniki sənədlərin işlənib hazırlanması (icazə verilən maksimum emissiyalar / atqılar, ekoloji pasport, ətraf mühitə təsirin qiymətləndirilməsi və s.), habelə ekologiya sahəsində aparılan tədqiqat işləri daxildir.

“Ekol” şirkəti yüksək ixtisaslı mühəndis-texniki işçi heyətlə komplektləşdirilmişdir və suyun təmizlənməsi, torpağın rekultivasiyası və neft tərkibli tullantıların utilizasiyası, eləcə də ekologiya mövzusunda elmi-tədqiqat işlərinin aparılması sahəsində zəngin təcrübəyə malikdir. Şirkət müstəqil akkreditasiyadan keçmiş və ekologiya sahəsində elmi-tədqiqat işlərinin aparılması üçün müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaya, həmçinin servis xidmətlərinin yerinə yetirilməsi üçün xüsusi texnika, avadanlıq və mexanizmlərə malikdir.

Şirkətimiz müntəzəm surətdə beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində iştirak edir və bu sərgi sayəsində bir sıra şirkətlərlə əməkdaşlıq əlaqələri qurmuşdur. Fəal biznes əlaqələri isə texnologiya və müasir avadanlıqların əldə olunmasına xidmət etmişdir.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek