Baş xəbərlər06.06.2013 17:23 Lider istehsalçıların məhsul çeşidləri.
Ülviyyə Qasımova, “IOSC” şirkətinin Satış üzrə meneceri: “IOSC Bakı” şirkəti Xəzər regionunun neft sektoru üçün materialların tam çeşidinin təchizatçısı və distribütoru olaraq 2007-ci ildə təsis edilib. Həmin dövrdən etibarən biz daim təchizat həcmini genişləndiririk və Böyük Britaniya, Almaniya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində bizim tərəfdaşlarımız var. Biz “Bray Industrial”, “KIVANC Group”, “Dickies”, “Greenham Trading”, “Faithful”, “3M”, “MSA”, “Portwest”, “Ishmont, Alfagomma”, “Alflaflex”, “Dixon”, “Parker”, “Demco”, “Miller”, “Toolbank”, “Norgren”, “Wilden”, “Draper”, “Dewalt”, “Makita”, “Loctite”, “Lubetech”, “Hawke International” və dünyanın digər lider istehsalçılarının məhsul çeşidlərini təklif edə bilərik. Biz 20-ci yubiley “Xəzər Neft və Qaz” sərgisində mütləq iştirak etməyi qarşımıza məqsəd qoymuşduq, çünki bu sərgini biznesin inkişafı, potensial istehlakçılar və tərəfdaşlar, habelə bazarın həm yerli, həm də regional iştirakçıları ilə görüş üçün mühüm platforma hesab edirik. Sərgi həmçinin məhsulları ictimaiyyətə nümayiş etdirmək və onun üstünlükləri barədə stenddə müzakirələr aparmaq üçün yaxşı imkanlar təqdim edir. Biz bu tədbir sayəsində regionda daha dinamik təchizatçı şirkətə çevrilə bilərik.
bütün xəbərlər
|