Baş xəbərlər06.06.2013 17:40 Azərbaycanla gələcək əməkdaşlığa ümid edirik!
Hans Lyunnenberq (Hans Luijnenburg), “Van Oord Dredding and Marine Constructors B.V.” şirkətinin Azərbaycan filialının direktoru: – Mən burada şirkətimizin fəaliyyətini təqdim etməklə yanaşı, onu da qeyd etmək istərdim ki, biz limanların inşası ilə bağlı dəniz layihələrinin işlənib hazırlanmasında, eləcə də neft-qaz sənayesində bütün dünya üzrə şirkətlərə yardım edirik. Neft-qaz sahəsində boru sənayesi üçün infrastrukturun yaradılmasında ARDNŞ, “Shell” və “Exxon” kimi peşəkar nəhənglər bizim xidmətlərimizə tələbat duyurlar. Şirkət bu regionda artıq 7 ildən çoxdur ki, fəaliyyət göstərir və bu müddət ərzində Azərbaycanda “Chevron” şirkəti üçün “Shipyards” və “ATA yards” kimi layihələr həyata keçirib. Bu yaxınlarda isə biz Ələt qəsəbəsində yeni beynəlxalq liman üçün kanalın tikintisini başa vurduq. Biz öz fəaliyyətimizi davam etdirəcəyimizə ümidvarıq, çünki bu regionun perspektivlərini görürük və bazarın inkişaf nəticələrini təhlil etmişik. Bu cür sərgilər şübhəsiz ki, biznes fəaliyyətinə yardım edir, müştərilərimizin məlumatlılığının artmasına təsir göstərir və bu sahədə çalışan bütün tərəfdaşlarla işgüzar görüşlərin və qarşılıqlı fəaliyyətin səmərəliliyini stimullaşdırır. Biz dördüncü dəfədir ki, “Xəzər Neft və Qaz” sərgisində iştirak edirik və bu tədbirə həmişə böyük məsuliyyətlə yanaşırıq, belə ki, biz bu cür mühüm bir sərginin fayda və əhəmiyyətini yaxşı başa düşürük.
bütün xəbərlər
|