Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

07.06.2013 18:52

Yaradıcı və innovasiyalı həll variantlarının reallaşdırılması üçün yaxşı imkanlar.

Randall Gilkrist (Randall Gilchrist),

“Halliburton Eurasia Limited” şirkətinin Qərbi Xəzər regionu üzrə meneceri:

“Halliburton” şirkəti energetika sənayesi üçün məhsul və xidmətlərin dünya üzrə ən iri təchizatçılarından biridir. Şirkət bütün istehsal dövrü ərzində - karbohidrogen ehtiyatlarının axtarışı və geoloji məlumatların idarə olunmasından tutmuş qazma prosesinin və layların qiymətləndirilməsinə qədər, eləcə də quyuların tikintisi və tamamlanması, habelə yatağın istismar müddəti ərzində istehsalın optimallaşdırılmasına kimi istehsalın bütün mərhələlərində (“apstrim”) neft-qaz sektoruna xidmət göstərir. Dünyanın 80-dən çox ölkəsində 58.000-dən yuxarı əməkdaşımız var və şirkətimiz iki əsas seqment üzrə fəaliyyət göstərir: Qazma və qiymətləndirmə, Quyuların tamamlanması və hasilat.

Məlum olduğu kimi, Qərbi Xəzər regionu çox müxtəlif çətinliklər zonasıdır, belə ki, Azərbaycanda bu regionunun problemləri sırasına sahilə yaxın dayaz su hövzələrini, ekoloji cəhətdən həssas Xəzər regionunu, o cümlədən dərinlikdə yerləşən və yüksək lay təzyiqinə malik qaz kollektorlarını (məlum olduğu kimi, burada qazın debiti yüksəkdir), eləcə də istismarda olmuş köhnə neft yataqlarını aid etmək olar. Bu regionda həm texniki, həm də loqistika və təchizat prosesləri baxımından bir çox çətinliklər olsa da, “Halliburton” şirkətinin ixtisaslı yerli kadrlardan (təxminən 500 əməkdaş) ibarət regional ofisi yaradıcı və innovasiyalı həll variantlarını təklif etmək iqtidarındadır. Resursların potensialı və neft-qaz yataqlarının müxtəlifliyi isə yeni texnologiyaların tətbiqini tələb edir.

“Halliburton” şirkəti neft-qaz sərgisinin əhəmiyyətini və rolunu yaxşı anlayır. Yubiley “Caspian Oil and Gas” sərgisində iştirak etmək istəyimizin də əsas səbəblərindən biri məhz budur. Biz burada əməkdaşlıq üçün çox yaxşı imkanların olduğunu görürük və neft-qaz sektorunun iştirakçıları arasında “Halliburton” şirkətinin nüfuzunu artıracağımıza ümid edirik. Biz servis və əməliyyat şirkətləri ilə çoxsaylı görüşlər keçirməyə müvəffəq olmuşuq. Sərginin ilk iş günü isə çox uğurlu keçdi.

Ölkə prezidentinin açılış mərasimində çıxışı zamanı biz neft-qaz sektorunun inkişaf etməsinin Azərbaycan iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb etməsini, həmçinin regionda stabilləşdirici faktor olaraq çıxış etdiyini dərk etdik. “Halliburton” şirkəti Xəzər regionunun texnoloji cəhətdən təchizatını təkmilləşdirmək üçün mövcud imkanlardan istifadə etməyə çalışır.

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek