Baş xəbərlər07.06.2013 18:56 Azərbaycanda biznesin inkişafına böyük ümidlə baxırıq.
Pavel Peruşkin, “Antikortexnoloqii” MMC-nin Satış şöbəsinin rəhbəri: – Mən əminəm ki, “TİAL” markalı izolyasiya materialları zavodunun rəsmi strukturu hesab edilən şirkətimizin məhsulları mütəxəssislərin marağına səbəb olacaq. Termal üsulla hazırlanmış təbəqəsi olan bu izolyasiya materialları sahə şəraitində neft-qaz boru kəmərlərinin korroziya əleyhinə müdafiəsi üçün nəzərdə tutulub. Həm Rusiya, həm də MDB ölkələri, eləcə də uzaq xarici ölkələrin bazarlarında fəaliyyət göstərən şirkətimiz 7 il əvvəl beynəlxalq bazara çıxmışdır və həmin dövrdən etibarən fəal şəkildə inkişaf edərək öz məhsullarını demək olar ki, bütün dünyaya təchiz edir. Məhsullarımızın əsas sifarişçi və istehlakçıları “Transneft”, “Lukoyl”, “Qazpromneft” və “Rosneft” şirkətləri, eləcə də “Petrojet” (Misir), “Türkmenqaz” və ARDNŞ (Azərbaycan) kimi beynəlxalq şirkətlərdir. Bu sərgidə biz ilk dəfə iştirak edirik və bura Azərbaycan bazarında biznesimizi inkişaf etdirmək ümidi ilə gəlmişik. Hamıya məlumdur ki, bu region təbii ehtiyatlarla zəngindir və burada çoxlu sayda boru kəmərləri var. Bizim məhsullar Azərbaycanlı istehlakçılara artıq tanışdır, belə ki, Gürcüstan istiqamətində boru kəmərlərinin çəkilməsində, habelə Mingəçevir su elektrik stansiyasının tikintisi zamanı bizim məhsullarımızdan istifadə olunmuşdur. Sərgi çox yaxşı təşkil olunub və biz burada hər bir məsələnin operativ şəkildə həll olunmasından razıyıq. Ziyarətçilərin sayı da kifayət qədər çoxdur. Bu cür tədbirlər çox mühüm əhəmiyyət kəsb edir və məhsulların təşviqi, habelə biznesin inkişafına xidmət etməklə yanaşı, yerli bazarlarda yeni imkanlar axtarışında olan şirkətlərə də yardım edir.
bütün xəbərlər
|