Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

07.06.2013 18:59

Biz sərginin elə ilk iş günündə səmərəli əlaqələr qurmağa müvəffəq olduq!

Hovard Kin (Howard Kyn), “Rapid Solutions” şirkətinin Regional direktoru:

– Bizim mühəndis-layihələndirmə, nəzarət-ölçmə və elektrik sahəsində ixtisaslaşan şirkətimiz 17 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. Biz neft-qaz sahəsində xidmətlər göstərir, habelə beynəlxalq standartlara cavab verən ən təhlükəsiz iş üsullarını tətbiq etməklə, layihələndirmə və mühəndislik məsələləri ilə məşğul oluruq. Həmçinin, şirkətimiz klapanların təmiri və elektrik avadanlıqlarına texniki xidmət üzrə sahələrə malikdir.

Biz bu sərginin 20 illik yubileyində fəxrlə iştirak edirik və əsası qoyulduğu gündən bəri bu tədbirin inkişafına şahidik. Mən cəsarətlə deyə bilərəm ki, bu illər ərzində böyük işlər görülüb. Mən özüm “Caspian Oil & Gas” sərgisinin təməlində duran insanlarla şəxsən tanışam və 20 il əvvəl bu möhtəşəm sərginin Ümummilli lider Heydər Əliyev tərəfindən rəsmən açılışı mərasimində də iştirak etmişəm. Mən çox şadam ki, Prezident İlham Əliyev bu mühüm missiyanı davam etdirir və neft-qaz sənayesində fəaliyyət göstərən şirkətlər üçün lazımı şərait yaradır.

Yüksək səviyyədə və peşəkarcasına təşkil edilmiş bu sərgi bir çox xarici qonağın  marağına səbəb olub. Sərginin elə ilk iş günündə biz potensial müştərilər və təchizatçılarla yeni əlaqələr qurmağa müvəffəq olduq. Bu cür tədbirlər olmasa, ölkədə və ümumilikdə dünyada neft-qaz sahəsində nələrin baş verməsindən xəbərdar olmaq daha çətin olardı. Burada ən yeni nailiyyətlər və məhsullar barədə məlumat almaq mümkündür. Bu tədbir Azərbaycanın əməkdaşlıq üçün açıq olmasını əyani şəkildə nümayiş etdirərək ölkənin imicini daha da möhkəmləndirir.

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek