Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

07.06.2013 19:23

Biz layihəmiz haqqında ətraflı məlumat vermək istəyirik.

Samir Məmmədov, Sumqayıt Kimya Sənaye Parkının (“SKSP”) biznesə dəstək şöbəsinin rəhbəri:

–  Bizim təşkilat 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması və yeni yüksək texnologiyalı avadanlıqlar əsasında rəqabətədavamlı məhsulların istehsalı məqsədi ilə yaradılmışdır.

“SKSP” 167 hektar ərazidə yerləşir və hazırda ərazidə aparılan söküntü-demontaj işləri artıq başa çatmaq üzrədir. Bununla yanaşı, sərmayədarların cəlb olunması istiqamətində də işlər aparılır. Artıq ölkənin neft-kimya sahəsinə maraq göstərən Kanada, İsrail, Fransa və Almaniya şirkətləri, habelə yerli firmalarla bir neçə razılaşma əldə olunub. Qeyd etmək istərdim ki, “SKSP” xüsusi güzəştli şərtlərə, o cümlədən 7 il müddətində əmlak vergisi, korporativ gəlir və idxal olunan avadanlıqlar üzərinə qoyulan vergilər, habelə torpaq vergisindən azad olunma şərtlərinə malikdir. Azərbaycanda unikal layihə olan “SKSP” digər analoji parklarla müqayisədə bəzi üstünlüklərə malikdir, məs.: müsbət coğrafi mövqe, xammal bolluğu, iri bazarlara yaxınlıq.

Biz bu yubiley sərgidə ilk dəfə iştirak edirik və bu, simvolik xarakter daşıyır. Belə ki, burada reklam-maarifləndirici yönümlü fəaliyyətləri, auditoriyanın məlumatlandırılması üzrə işləri uğurla həyata keçirmək, eləcə də yerli və xarici şirkətlərlə tanış olmaq mümkündür. Əsas məqsədimiz isə potensial həmkar və müştərilərin daha geniş auditoriyasına öz layihəmiz haqqında ətraflı məlumat vermək və sənaye parkının real imkanlarını açıqlamaqdır. Biz əminik ki, sərgi bu işdə bizə kömək edəcək.

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek