Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

04.06.2012 18:13

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ XIX Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012” sərgisi və konfransının iştirakçılarına

Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi XIX Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012” sərgisi və konfransının açılışı münasibəti ilə səmimi qəlbdən salamlayıram. Hamınıza cansağlığı və işlərinizdə müvəffəqiyyətlər diləyirəm.

Bu mötəbər ənənəvi tədbirin bünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən elan edilmiş yeni neft siyasəti ilə eyni vaxtda, 1994-cü ildə qoyulmuşdur. Həmin dövrdən Bakıda ardıcıl keçirilən belə mühüm sərgi və konfransların ölkəmizin müəllifi və ya bilavasitə iştirakçısı olduğu strateji layihələrin həyata keçirilməsində, cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində və qlobal tərəfdaşlığın qurulmasında böyük rolu vardır.

Azərbaycan hazırda Avrasiya məkanında həm dayanıqlı infrastruktura və şaxələnmiş neft-qaz kəmərləri sisteminə malik etibarlı enerji daşıyıcıları təchizatçısı kimi tanınır, həm də xarici bazarlarda nüfuzlu investor kimi çıxış edir.

Respublikamızın başlatdığı daha bir irimiqyaslı layihə ən müasir tələblərə cavab verən neft-kimya kompleksinin yaradılmasıdır. Əməkdaşlıq üçün geniş perspektivlər açan bu meqalayihə Azərbaycanın neft-qaz emalı sənayesini keyfiyyətcə yeni mərhələyə çıxarmaqla ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaqdır.

Builki sərgi və konfransda 30-dan artıq ölkənin 300-dən çox şirkəti iştirak edir. Əminəm ki, bu görüşünüz də qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi və uzunmüddətli inkişaf istiqamətlərinin müəyyən olunmasına öz dəyərli töhfəsini verəcəkdir.

Ən xoş arzularla,

İlham Əliyev

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek