Baş xəbərlər07.06.2013 19:26 Dəniz ətraf mühitinin mühafizəsi üzrə həll variantları
Kapitan Bill Boyl (Bill Boyle), “Briggs Marine Environmental Services LTD” şirkətinin Baş direktoru: – “Briggs” şirkəti dənizdə neft dağılmalarına qarşı cavab tədbirlərini həyata keçirən aparıcı dünya şirkətlərindən biridir və bütün dünyada xidmət bazalarına malikdir. “Briggs” şirkəti dəniz ətraf mühitinin mühafizəsi (BMES), qəza nəticəsində dağılan neftin təmizlənməsi, eləcə də neftlə çirklənmə və fövqəladə müdaxilə üzrə nəzarət xidmətlərini təklif edir. Neft dağılmalarının aradan qaldırılması üzrə dünyanın ən iri şirkətlərindən hesab olunan “Briggs” bütün dünya üzrə fəaliyyət göstərir və məsləhət, təlim və planlaşdırma, eləcə də 1-ci, 2-ci və 3-cü dərəcəli neft dağılmalarının aradan qaldırılması üzrə xidmətlərin daxil olduğu ekoloji həll variantlarının tam çeşidini təqdim edir. Bizim stenddə ziyarətçilər sualtı kabellərin çəkilməsi, habelə bərpa olunan enerji mənbələri üzrə xidmət və istifadə problemləri ilə bağlı həll variantları haqqında məlumat alacaqlar. Layihələrin idarə olunması, təhlükəsizliyin təminatı və riskin qiymətləndirməsi, eləcə də təchizat, sualtı kabellər üzrə həll variantları, təhlil, texnikanın dənizdə quraşdırılması və ekoloji məsləhət məsələlərini əhatə edən geniş çeşiddə xidmətlərə xüsusi diqqət yetirilir. Biz 1984-cü ildən etibarən müxtəlif neft əməliyyatları üçün ixtisaslı və təcrübəli işçilər təklif edirik. Biz sərgidə xidmətlərimizi və əvvəlki layihələrimizi nümayiş etdirməklə yanaşı, həm də şirkətlərlə ünsiyyət quraraq onlara layihələrində necə kömək edə biləcəyimiz barədə ətraflı məlumat alırıq.
bütün xəbərlər
|