Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

07.06.2013 20:07

Tədbirin aktuallığı perspektivli danışıqlar üçün münbit şərait yaradır.

Adelina Məmmədova, Kulevi (Gürcüstan) neft terminalının Kadrlar və hüquqi təminat xidmətinin müdir müavini:

– Şirkətimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsusdur, belə ki, 2006-cı ildə ARDNŞ Kulevidə neft terminalının tikintisi zamanı onu almış və 2008-ci ildə terminalın tikintisini başa çatdıraraq istismara başlamışdır. Son 5 il ərzində biz bir sıra uğurlu əməliyyatlar həyata keçirmişik, belə ki, biz dəmiryolu vasitəsilə Azərbaycan, Türkmənistan və Qazaxıstandan neft alır, qiymətli xammalı çənlərə toplayır, sonra isə onu 100.000 ton yükgötürmə qabiliyyətinə malik tankerlərə yükləyirik.

Biz artıq ardıcıl olaraq beşinci dəfədir ki, bu sərgidə iştirak edirik. Həmçinin hesab edirik ki, biz təşkilatçı şirkətin fəal və ənənəvi tərəfdaşıyıq. Bu baxımdan, sərginin daimi iştirakçısı olaraq tam məsuliyyətlə deyə bilərik ki, bu tədbirin təşkilatçılıq səviyyəsi ildən-ilə daha da təkmilləşir, iştirakçıların sayı isə durmadan artır. Həmin iştirakçıların bir çoxu bizim potensial istehlakçılarımızdırlar.

Biz bu il də ənənəni davam etdirməyi qərara aldıq, çünki builki sərgi həm də yubiley tədbiridir və burada həm Azərbaycanın, həm də regionun neft-qaz bazarının iştirakçıları geniş şəkildə təmsil olunurlar. Biz burada geniş texniki imkanlarımızı və əməkdaşlıq perspektivlərini təqdim etməyə şadıq. Tədbirin aktuallığı eksponentlər tərəfindən müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsinə öz müsbət təsirini göstərir, belə ki, burada həm şirkətlər, həm də istehlakçılarımızla, habelə fəaliyyətimiz üçün zəruri olan avadanlıqların təchizatçıları ilə uğurlu danışıqlar aparılır.

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek