Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

07.06.2013 20:35

Biz neft-qaz sənayesi üçün istehsal etdiyimiz məhsullarla fəxr edirik!

Elmar Sultanov, “KTIB” şirkətinin idarə heyətinin sədri:

– Biz artıq dördüncü dəfədir ki, bu sərgidə iştirak edirik və onun təşkilatçılıq səviyyəsinin səmərəlilik baxımından artmasına şahid oluruq. Bazar getdikcə genişlənir və bu yubiley sərgi bunu bir daha sübut edir, belə ki, burada xidmətlərimizin həm Azərbaycandan, həm də region ölkələrindən olan çoxsaylı istehlakçıları iştirak edirlər. 2005-ci ildə təsis edilmiş “KTIB Holding” Xəzər regionunun neft-qaz sənayesi üçün təhlükəsiz, keyfiyyətli və iqtisadi cəhətdən səmərəli həll variantları təqdim edir. Baş ofisimiz Bakı şəhərində yerləşir, lakin biz Xəzər regionu, Rusiya, Asiya və Yaxın Şərq regionunda hər hansı tapşırığı yerinə yetirməyə hazır olan səyyar şirkət hesab olunuruq. Biz regionun neft-qaz sahəsi üçün istifadəyə tam hazır məhsul, avadanlıq və texniki həll variantlarını təchiz etmək bacarığımızla fəxr edirik. İşçi heyətimiz bu sahədə layihələrin qlobal idarə olunması və sənaye sahələri üçün mühəndislik xidmətlərinin bütün spektri üzrə çoxillik iş təcrübəsinə malikdir.

Bazarda 8 illik fəaliyyəti dövründə “KTIB Holding” Azərbaycanda bir sıra keyfiyyətli məhsul çeşidləri işləyib hazırlayıb və hazırda həmin məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Yaxın Şərq ölkələrinə ixrac olunur. Biz xarici servis texnologiyalarının yerli mütəxəssislər tərəfindən tətbiqini sübut edərək, biznesin idarə olunması sahəsinə də xüsusi diqqət yetiririk. Hər hansı sifarişi verdikdə, sifarişçini ilk öncə büdcə və sifarişin yerinə yetirilmə müddəti maraqlandırır. Biz isə təhlillər apararaq optimal həll variantlarını təklif edirik. 2010 saylı stendimiz bu cür optimal yanaşma əsasında və “art” (incəsənət) üslubunda hazırlanıb ki, bu da potensial sifarişçiləri özünə cəlb edir.

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek