Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

11.06.2013 16:25

Sərgilərə olan maraq ildən-ilə artır

Nikolas Hour (Nick Hore), “Azeri M-I Drilling” şirkətinin Azərbaycan filialının Baş meneceri:

– Şirkət ARDNŞ-ın və “Schlumberger” şirkətinin birgə müəssisəsidir və artıq 17 ildir ki, bazarda fəaliyyət göstərir. Təkliflərimiz sırasına neft sənayesi sahəsində xidmətlərin göstərilməsi, məhlullar, avadanlıqların idarə olunması, habelə kompilyasiya avadanlıqları və kommersiya təyinatlı kimyəvi maddələrin təchiz olunması daxildir. Biz inamla deyə bilərik ki, ümumilikdə 350 nəfərdən ibarət işçi heyətimiz neft sənayesinin hər hansı müvafiq seqmentində istənilən ehtiyacı təmin edir.

Yer təkinin birgə işlənməsi prosesi bu işdə iştirak edən bütün şirkətlərə böyük fayda verir. “Caspian Oil & Gas” sərgisi isə peşəkar əməkdaşlığa ikiqat fayda verir. Biz həmişə bu sərginin işi ilə maraqlanmış və öz iştirakımızdan razı qalmışıq. Bu cür tədbirlər çox faydalıdır və müştəri axtarışı, habelə biznes üçün yeni imkanların genişləndirilməsi kimi sahələrlə bağlı məsələlərə aydınlıq gətirir. Qeyri-rəsmi şəraitdə keçirilən görüşlər isə bu sahədə fəaliyyət göstərən digər şirkətlərin bütün təkliflərini ətraflı şəkildə nəzərdən keçirmək üçün imkan yaradır.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek