Baş xəbərlər12.06.2013 15:36 Nüfuzlu şirkət imici
Nərgiz Əliyeva, “ATENAU LTD” şirkətinin mühəndis-konstruktoru: – 1996-cı ildə təsis olunmuş “ATENAU” (Azərbaycan) şirkəti generator avadanlıqları və energetika üzrə həll variantlarının, habelə elektrik işıqlandırması və avtomatika qurğularının, eləcə də əlaqədar xidmətlərin təmin edilməsi sahəsində ixtisaslaşan təcrübəli yerli şirkətdir. “ATENAU” şirkəti energetika və avtomatika sahəsində layihələrin işlənib hazırlanması üçün savadlı mühəndis heyətinə malikdir. Yubiley sərgidə iştirakımızın məqsədi birmənalıdır: məhsullarımızı neft-qaz sahəsinin geniş mütəxəssis auditoriyasına nümayiş etdirmək, belə ki, mütəxəssislər bizim stenddə müasir avadanlıq nümunələri ilə tanış olmaqla yanaşı, həm də yüksək səviyyəli mütəxəssislərdən məsləhətlər də ala biləcəklər. Şirkətin vizit kartı “FG Wilson” və “R.STAHL” şirkətlərinin rəsmi dileri statusu və “Schneider”, “Emerson” və s. şirkətlərlə əməkdaşlıqdır. Bakıda biz avtomatlaşdırılmış istehsal konsepsiyası əsasında generatorlar, enerji çeviriciləri və fasiləsiz enerji təchizatı sistemləri, habelə aşkarlama / məlumatların emalı sistemləri, işıqlandırma qurğuları və bir sıra digər məhsulları ehtiva edən energetika, işıqlandırma və avtomatika üzrə həll variantlarının tam çeşidini təklif edirik. “ATENAU” şirkəti tərəfindən layihələndirilən və hazırlanan idarəetmə panelləri bir çox sahələrdə istifadə olunur. Şirkətimiz təchiz etdiyi bütün avadanlıqlar və elektrik sistemləri üzrə servis xidmətlərini də həyata keçirir.
bütün xəbərlər
|