Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

12.06.2013 16:28

“Caspian Oil & Gas 2013” – ƏNƏNƏLƏR, XİDMƏTLƏR VƏ PERSPEKTİVLƏR

“ITE Group plc” şirkəti və “Iteca Caspian” MMC tərəfindən təşkil olunmuş və öz iyirmi illik yubileyini böyük təntənə ilə qeyd edən Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir - “Caspian Oil and Gas 2013” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı Bakı Ekspo Mərkəzində öz işini başa vurdu.

Hər bir yubileyin özünəməxsus unikal əlamətləri, parlaq aspektləri və yaddaqalan nailiyyətləri, bir sözlə, möhtəşəm tarix düsturu var. Əgər hər hansı bir insanın iyirmi illik yubileyi yetkinlik yaşını və məqsədlərin seçilməsi mərhələsini təşkil edirsə, sərginin tarixi üçün bu, qeyri-adi tədbirlər, mühüm nailiyyətlər və unikal potensialla zəngin olan bütöv bir dövr deməkdir. Məhz belə bir parlaq və zəngin dövr Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransını xarakterizə edir və bu tədbirin 20 illik yubileyini biz təkcə Azərbaycanda qeyd etmirik. Belə ki, bu nəhəng forum ən müxtəlif ölkələrdən demək olar ki, 400 iştirakçını bir araya gətirərək bazarın ən iri iştirakçılarının böyük marağına səbəb oldu və energetika kompleksinin bütün sənaye strukturlarının təqdirini, habelə dövlət xadimləri, sənaye sahibləri və biznesmenlərin çoxsaylı təbriklərini qəbul etdi. Minlərlə sərgi ziyarətçisi isə bu günlər ərzində bir çox dəyərli məlumatlar əldə edərək yeni təəssüratlar qazandı və bütün dünyadan olan mütəxəssis, ekspert və biznesmenlərlə görüşərək öz peşəkar amalına çata bildi.

Sərginin təntənəli açılış mərasiminə ənənəvi olaraq rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev tədbirin bütün iştirakçıları və qonaqlarını, habelə sərgi təşkilatçılarını əlamətdar yubiley münasibətilə təbrik etdi. Azərbaycanın neft-qaz sənayesinin inkişafı fonunda sərginin daşıdığı əhəmiyyəti lazımınca qiymətləndirməməyin mümkünsüzlüyünü vurğulayan dövlət başçısı qeyd etdi ki: “20 il ərzində Azərbaycan böyük bir yol keçərək energetika sektorunda mühüm nailiyyətlər əldə etmişdir. 1994-cü ildə imzalanmış müqavilə əbəs yerə “Əsrin müqaviləsi” adlandırılmayıb. Bu gün, yəni 21-ci əsrdə isə biz həmin sənədi “İki əsrin müqaviləsi” adlandıra bilərik. Çünki “Azəri-Çıraq-Günəşli” yataqları üzrə həmin razılaşma bu gün də öz aktuallığını itirmir”. Bu baxımdan, öz ekspozisiyasında iki əsrin reallıqlarını əks etdirməyi bacarmış və ölkədə tarixi dəyişikliklərin simvoluna çevrilmiş “Caspian Oil & Gas 2013” sərgisinin bu mühüm xidməti də diqqətə layiqdir.

Sərgidə sənayenin dünya miqyaslı nəhəngləri öz nailiyyətlərini parlaq şəkildə nümayiş etdirdilər. ARDNŞ, “BP”, “Total”, “Statoil”, “RussNeft”, “GEA”, “McDermott”, “Real Gaz”, “Atenau LTD”, Birləşmiş Mühərrikqayırma Korporasiyası, “Caspian Marine Services Limited” və s. şirkətlərin möhtəşəm stendləri öz müxtəlifliyi və eksponatlarının dizaynı ilə hamını valeh etdi.

Sərgi enerji daşıyıcıları sektorunda əldə olunan elmi-texniki nailiyyətləri parlaq şəkildə nümayiş etdirməklə yanaşı, həm də uğurla sübut etdi ki, Azərbaycan neft kapitalını insan kapitalına çevirərək neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməyə çalışır.

 

Sərgi çərçivəsində “Caspian Drilling Company” və “Caspian Shipyards Company Ltd.” şirkətləri arasında altıncı nəsil yeni səyyar yarım-dalma qazma qurğusunun tikintisi ilə bağlı müqavilə imzalandı. İmzalanma mərasimində iştirak edən ARDNŞ Prezidenti cənab Rövnəq Abdullayevin sözlərinə görə, yarım-dalma qazma qurğusunun ümumi dəyəri (vergilərlə birlikdə) 1 milyard ABŞ dollarından bir az çoxdur. Bu qurğu “Ümid” və “Babək” yataqlarında istismar ediləcək.

“Caspian Oil and Gas 2013” sərgisi ilə paralel olaraq, Bakı şəhərində ənənəvi “Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası” konfransı keçirildi. Bu konfrans beynəlxalq əməkdaşlıq və Avrasiyanın enerji təhlükəsizliyi xüsusunda ən mühüm mövzuları müzakirə edən 600-dən çox iştirakçını bir araya gətirdi. Elə həmin günlərdə Bakı Ekspo Mərkəzində Xəzər regionunda energetika sənayesinin nailiyyətlərinin nümayiş etdirilməsi sahəsində yeganə ixtisaslaşdırılmış tədbir - “Caspian Power 2013” 3-cü Xəzər Beynəlxalq “Energetika və Alternativ enerji” sərgisi keçirildi.

“Caspian Oil and Gas 2013” sərgisinin işgüzar proqramına təqdimatlar, seminarlar və işgüzar razılaşmalar, eləcə də “BP” şirkəti və onun layihə üzrə tərəfdaşlarının “Alıcılarla tanış olun” (“Meet the Buyer”) şüarı altında keçirdiyi xüsusi layihə, habelə təşkilatçıların hazırladıqları geniş əlavə tədbirlər proqramı daxil idi. Bütün tədbirlər öz informasiya zənginliyi, koloriti və müxtəlifliyi ilə sərgiyə xüsusi təntənə və bayram abu-havası bəxş etdi. Yubiley sərgi iştirakçıların rekord sayı, eskpozisiya sahəsinin genişliyi və konfransda iştirak edən spiker və nümayəndələrin sayı, eləcə də çoxsaylı sponsorları ilə yadda qaldı.

Təşkilatçılar əmindirlər ki, 20 illik bir dövrü arxada qoyan “Caspian Oil and Gas” sərgisi gələcəkdə də regionun neft sektoru üzrə nailiyyətlərinin vizit kartı, eləcə də işgüzar əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlıq naminə yeni perspektivlərin müəyyənləşdirilməsi üçün platforma olaraq qalacaq.

Biz hamınıza - dostlara, həmkarlara və qonaqlara öz dərin minnətdarlığımızı bildiririk!

Bakıda yenidən görüşənədək!

 

 

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek